Prezident İlham Əliyev Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir - YENİLƏNİB + FOTO
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov iclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.

08:38
Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
"Report" xəbər verir ki, iclas məhdud tərkibdə - yalnız liderlərin iştirakı ilə, eləcə də geniş tərkibdə - nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.
Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır. Başlamadan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov (ölkə bu il MDB-yə sədrlik edir) tərəfindən nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimi olacaq. Bütün tədbirlər rəsmi qəbulla başa çatacaq.
Gözlənildiyi kimi, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər.
Şuranın iclası "Ala-Arça" ("Rəngli ardıc") dövlət iqamətgahında keçiriləcək. İqamətgah Bişkeklə bitişik Çon-Arık kəndində, Ala-Too silsiləsinin ətəklərində, mənzərəli yerdə yerləşir. Bir qayda olaraq, Bişkekdə yüksəksəviyyəli xarici qonaqların iştirakı ilə bütün tədbirlər məhz bu iqamətgahın ərazisində keçirilir.
Dövlət başçıları cari ildə qarşılıqlı fəaliyyətin yekunları barədə danışacaq və gələcək üçün əsas vəzifələri müəyyənləşdirəcək, aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Ənənəvi olaraq, ticarət və investisiya tərəfdaşlığının inkişafına böyük diqqət yetiriləcək.
İclasda MDB məkanında təhlükəsizliyin təmin edilməsi mövzusuna xüsusi diqqət yetiriləcək. Terrorçuluq və ekstremizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizə kimi sahələrdə koordinasiyanın gücləndirilməsinə dair qərarların qəbulu gözlənilir. Görüşdən sonra Japarov və MDB-nin baş katibi Sergey Lebedyev mətbuata bəyanatlarla çıxış edəcəklər.
İmzalanacaq sənədlər arasında MDB-də Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında saziş, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə riskin qiymətləndirilməsi üzrə beynəlxalq mərkəzin formalaşdırılması haqqında saziş, 2024-2028-ci illər üçün cinayətkarlıqla mübarizə üzrə birgə tədbirlər dövlətlərarası proqramı, məhkəmə ekspertizası sahəsində MDB-nin Koordinasiya Şurasının formalaşdırılması haqqında saziş də var.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib. Səfərin ilk günündə İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb