İran: "İsrail müharibə cinayətləri törətməyə davam edərsə, yeni cəbhə açılacaq"
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İsrailin Qəzzaya qarşı hərbi cinayətləri davam edərsə, yeni cəbhənin açılması mümkündür.
Sonxeber.az xəbər verir ki, Abdullahiyan İraq səfərindən sonra gəldiyi Livanın Beyrut Beynəlxalq Hava Limanında keçirdiyi mətbuat konfransında İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.
İranlı nazir deyib: "Biz digər müsəlman dövlətlərlə birlikdə Beyruta gəldik ki, İsrailin Qəzza xalqına qarşı törətdiyi qətllərə daha dözməyəcəyimizi yüksək səslə bəyan edək.Bəzi Qərb rəsmiləri sionist rejimə (İsrail) qarşı yeni cəbhənin açılmasının mümkünlüyü barədə soruşdular. Mən dedim ki, sionistlər hərbi cinayətlər törətməkdə davam edərlərsə, hər hansı bir ehtimal müqavimətin tərəfindədir",- deyə o bildirib.
İranlı nazir "digər müqavimət tərəfi" ifadəsinə aydınlıq gətirməsə də, bunun Livandakı Hizbullah olduğu məlumdur.
Abdullahiyan Livandakı təmasları çərçivəsində bu gün baş nazir Necip Mikati, parlament sədri Nebih Berri və livanlı həmkarı Abdullah Buhabib ilə görüşəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb