"Ermənistanın Azərbaycana qarşı müharibəsi 2 istiqamətdə getməkdədir" - Elman Nəsirov
Füzulidə 2 nəfərin minaya düşməsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Milli Məclisin deputatı Elman Nəsirov Sonxeber.az-a bildirib ki, hələ də Ermənistan ölkəmizə qarşı mina terroru siyasətini həyata keçirməkdədir.
Deputat qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı müharibəsi 2 istiqamətdə getməkdədir:
"Füzulidə 2 soydaşımız minaya düşüb. Deməli hələ də Ermənistan ölkəmizə qarşı mina terroru siyasətini həyata keçirməkdədir. Ermənistanın Azərbaycana qarşı müharibəsi 2 istiqamətdə getməkdədir. Birincisi mina müharibəsi, digəri isə informasiya cəbhəsindəki dezinformasiya müharibəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq kürsülərdən bəyan edib ki, Ermənistan terror dövlətidir. Ermənistan Azərbaycanla müharibə bitdikdən sonra, yəni 2020-ci ilin 10 noyabrından sonra Laçında sərhəd buraxılış məntəqəsinə yerləşdirmədiyimiz zaman Ermənistan 1 milyondan çox mina basdırıb və onların əksəriyyəti 2021-ci il istehsalıdır. Deməli, Laçın buraxılış məntəqəsinin açılması artıq zamanın tələbi idi və Azərbaycan dövləti bunu etdi. Amma hələ Ermənistan mina terroru siyasətini aparmaqdadır. Eyni zamanda onların Qarabağdan kütləvi köç edərkən yenə də mina müharibəsini Azərbaycanla münasibətlərdə istifadə etməsi istisna edilmir. Çox istərdik ki, beynəlxalq ictimaiyyət, xüsusilə BMT-nin Qarabağa 2 dəfə göndərdiyi missiya bütün faktları toplayıb Ermənistanın Azərbaycana bu günə qədər mina terroru siyasəti apardığını qeyde alsınlar və Errmənistana sərt cəza tədbirlər tətbiq etsinlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb