"Ermənistan həqiqətən sülhə sadiqdirsə ən azından mina xəritələrinin verilməsinə çalışardı" - POLİTOLOQ
Xəbər verdiyimiz kimi, Xocavənd rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır. Xocavənd Rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 13-də saat beş radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində iki ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə ilə bağlı BiG.AZ-a danışan politoloq Turab Rzayevin sözlərinə görə mülki vətəndaşlarımızın minaya düşməsi çox təəssüfləndirici haldır:
"Əfsus olsun ki, müharibə dövründə Ermənistan 35 il ərzində milyonlarla mina yerləşdirib. Minalar daim Azərbaycan əsgərinin və vətəndaşlarının bölgədə infrastruktur-yenilənmə işləri məşğul olan şəxslərin həyatını itirməsinə səbəb olur. Bu əlbəttə ki çox neqativ bir haldır. Azərbaycan dəfələrlə razılaşmasına baxmayaraq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bu da bizim itkilərimizin sayını artırır. Verdikləri bəzi xəritələr əksəriyyəti üst-üstə düşmür. 2020-ci ildə sülh bəyanatı imzalanmasına baxmayaraq, xeyli sonra yenə də 2021-2022- ci ildən istehsal olunmuş minalar Azərbaycan ərazisində tapılıb. Bu o deməkdir ki, Ermənistan sülh bəyanatından sonra Azərbaycan ərazisində minaların döşənməsini, yayılmasını təmin edib. İndi də diversantlar tutulub. Bəllidir ki, bu diversantlar minalar basdırırlar. Fərqli vaxtlarda, fərqli erməni diversiyalar görmüşük. Ermənistan həqiqətən sülhə sadiqdirsə ən azından mina xəritələrinin verilməsinə çalışardı".
Xatırladaq ki, Araşdırma zamanı hadisə nəticəsində "QAZel" markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və "Mercedes-Benz Atego" markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb