Azərbaycana qarşı savaşa hazırlaşırlar - Araiklə də görüşmüşdülər
VOMA terror təşkilatı Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı döyüşçülər hazırlayır.
Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
"VOMA 16 yaşdan yuxarı şəxslər üçün kurslar keçirir. Kurslar bir sıra sahələri əhatə edir: odlu silah hazırlığı, oxatma, sağ qalma, əlbəyaxa döyüş - Vin-Çun, bıçaqatma, qayayadırmanma, tibbi təlim, psixologiya, kartoqrafiya, döyüş... Eyni hərbi təlimlər çərçivəsində gənclər fiziki hazırlıqlarını təkmilləşdirirlər. Amma Ermənistan hökuməti VOMA-nın maliyyəsini kəsib. İndi VOMA Ermənistan vətəndaşlarının və diasporun dəstəyi ilə maliyyələşdirilir", - məlumatda deyilir.
"Hraparak" terror təşkilatına maliyyənin Baş nazir Nikol Paşinyanın qərarı ilə dayandırıldığını bildirir.
VOMA-nın məqsədi "Ermənistan və Qarabağ uğrunda" terrorçu hazırlamaqdır. 2014-cü ildə yaradılıb, qurucusu Vova Vartanovdur.
Terror təşkilatı 44 günlük müharibədə təkcə iştirak etməyib, həm də "könüllü dəstələr" hazırlayıb. VOMA savaşa sentyabrın 29-da qoşulub.
Separatçıların keçmiş başçısı, hazırda Bakıda həbsdə olan Araik Arutyunyan 2021-ci ilin martında VOMA üzvləri və Vartanovla görüşüb və onları "mükafat"landırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb