Bakı və İrəvan arasında sülhə mane olan nə var? - Putin
Rusiya Bakı ilə İrəvan arasında danışıqların bərpasına yardım etməyə hazırdır, bunu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bilir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Mən bu gün bu barədə danışdım. Dedim ki, biz sülh sazişinin bağlanması ümidi ilə dinc danışıqların bərpasına hazırıq və kömək edəcəyik. Və təklif etdilər ki, bütün həmkarlar Moskvada toplaşsınlar. Baş nazir Paşinyanın bundan xəbəri var, mən ona dedim. Azərbaycan prezidenti də məlumatlıdır", - o bildirib.
Putin vurğulayıb ki, indi, onun fikrincə, sülhlə bağlı heç bir problem olmamalıdır:
"Mənə elə gəlir ki, bu, tamamilə mümkündür, indi, Qarabağ hadisələrindən sonra sülh müqaviləsinin bağlanmasına mane ola biləcək hər hansı problem görmürəm.
Sərhədlə bağlı, məncə, sırf texniki xarakterli məsələlər var: demarkasiya, delimitasiya. Bunlar texniki məsələlərdir. Orada bir istiqamətə yüz metr, o biri tərəfə bir kilometr – bu, artıq vacib deyil. Hər iki tərəfin xoş niyyəti ilə bütün bunları etmək olar və bir vaxtlar razılaşdığımız kimi, ticarət-iqtisadi əlaqələri, infrastruktur layihələrini inkişaf etdirmək üçün növbəti addımlar atıla bilər".
Axar.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb