İdarəetməni qadınlar, yoxsa kişilər daha yaxşı BACARIR?

İdarəetməni qadınlar, yoxsa kişilər daha yaxşı BACARIR?"Məcburi köçkünlərin geri qayıdışını təmin etmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2022-2026-cı illər üzrə dövlət proqramı qəbul edilib".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə deyib.

Millət vəkili Qarabağa geri qayıdan şəxslərin məşğulluq məsələləri ilə bağlı dövlətin atacağı addımlardan söz açıb.

Onun sözlərinə görə, həmin dövlət proqramına uyğun olaarq müvafiq nazirliklərə və dövlət qurumlarına bu qayıdışın dayanıqlı həyata keçirilməsi məqsədilə tapşırıqlar verilmiş və dövlət proqramında bunlar öz əksini tapmışdır:

"Hər şeydən əvvəl məcburi köçkünlərin geri qayıtması, Qarabağda infrastruktur layihələrinin hazırlanması, yaşayış məntəqələrinin tikilməsi və bundan sonra bölgəyə geri qayıdan şəxslərin ata-baba yurdlarında yaşamasını təmin etmək dövlətin əsas prioritetidir.

Digər bir məsələ isə təhlükəsizliklə bağlıdır. Həm Qarabağda, həm də sərhəddə aparılan əməliyyatlar nəticəsində demək olar ki, təhlükəsizlik məsələləri də öz həllini tapıb. Torpaqların minalardan təmizləmə prosesi də sürətlə davam etməkdədir. Bu nöqteyi-nəzərdən, köçürüləcək insanların qalan problemlərindən biri məşğulluq problemi ilə bağlıdır. Azərbaycan dövləti tərəfindən məşğulluq problemlərinin həll edilməsi və iş yerlərinin açılması bir neçə istiqamətdə davam edir. İstiqamətlərdən birincisi, dövlət proqramına uyğun olaraq dövlət tərəfindən həyata keçirilən layihələrdir".

M.Abbaszadəyə görə, bu ərazilərdə özəl sektorun inkişafı və ona dövlət tərəfindən olan dəstək isə digər bir məqamdır:

"Bu istiqamətdə də ciddi işlər görülməkdədir. Ən əsası isə Azərbaycanın bir sıra dövlət qurumları tərəfindən aparılan işlərdir ki, bu işlərdə də biz qanunda dəyişikliklər etmişik. Həmin qanuna əsasən, bu ərazilərdə biznes fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin 10 il müddətinə mənfəət vergisindən, habelə Qarabağın inkişafı ilə bağlı xaricdən gətirilən məhsulların gömrük rüsumlarından azad olunması, eyni zamanda yaradılacaq iş yerlərində sosial müavinət ödənişlərinin Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub".

Deputat əmindir ki, bu tendensiyalar Qarabağ və Şərqi Zəngəzurda özəl sektorun inkişafı və təşviq edilməsi nöqteyi-nəzərindən, Azərbaycan dövləti tərəfindən atılmış ciddi addımlardan biri hesab edilməlidir:

"Başqa bir məqam isə işğaldan azad olunan ərazilərdə münbit torpaqların olmasıdır ki, bu ərazilərdə kənd təsərrüfatının inkişafını da təmin etmək olar. Təbii ki, bu istiqamətdə ciddi işlər görülür və həm arıçılığın, həm də heyvandarlığın inkişafı sürətlə davam edir.

Bu gün həm Ağdam, həm də Cəbrayılda sənaye məhəllələrinin yaradılması artıq bu ərazilərdə fəaliyyət göstərən rezidentlərə İqtisadiyyat Nazirliyi tərəfindən sertifikatların verilməsi ilə yekunlaşıb. Həmçinin ərazinin bizə verdiyi imkanlar daxilində həm dağ, həm də sağlamlıq turizminin inkişafı ilə bağlı olan məsələlər də burada yer alıb. Cənab Prezidentin sərəncamlarına uyğun olaraq Ağdamda, Şuşa rayonunun Daşaltı kəndində və Suqovuşanda turizm zonalarının yaradılması və inkişafı ilə bağlı ciddi işlər görülməkdədir. Hətta artıq burada yaradılacaq turizm obyektlərinin yaxın vaxtlarda açılışları nəzərdə tutulur".

Milli Məclisin üzvünə görə, Laçın və Kəlbəcər rayonlarında da qış turizminin inkişafı ilə bağlı addımlar da həyata keçirilir:

"Kəlbəcər rayonunun İstisu sanatoriyasının inkişaf etdirilməsi məsələsi də buraya daxildir ki, burada İstisu zaovudunun tikilməsi ilə bağlı cənab Prezident təməlqoyma mərasimində iştirak etmişdi. Biz inanırıq ki, bu da bölgənin iqtisadi imkanlarının artmasına və köçürüləcək insanların iş yerləri ilə təmin olunmasını asanlaşdıracaq. Bu, həmin insanların həm iqtisadi, həm də sosial vəziyyətlərinin təmin olunmasına müsbət təsirlərini bağışlayacaq.

Bütövlükdə, Azərbaycan dövləti tərəfindən işğaldan azad olunan ərazilərdə sürətlə işlər getməkdədir. Hesab edirik ki, həm bu il, həm də qarşıdakı illərdə ailələrin buraya köçürülməsi yeni iş yerlərinin açılması anlamına gəlir ki, buda onların dayanıqlı inkişafının təmin edilməsinə öz töhfəsini verəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 896   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr