Türkiyəli nazir: "Zəngəzur dəhlizi layihəsinin reallaşması Orta Dəhliz ölkələri üçün mühüm addım olacaq"
"Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin bütün Orta Dəhliz ölkələri üçün mühüm addım olacağına inanıram".
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi bütün Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək", - nazir vurğulayıb.
Abdulkadir Uraloğlu deyib ki, Bakı-Tbilisi-Qars xətti ilə Türkiyədən Avropanın bir çox nöqtəsinə, o cümlədən qərbdə Bolqarıstan, Macarıstan, Almaniya, Avstriya, Polşa, Rumıniya, Çexiya, Slovakiya, Serbiya və Fransaya, Şərqdə İran, Əfqanıstan və Pakistana, şimalda Rusiyaya, Asiyada Gürcüstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Çinə yük qatarları göndərilir:
"İndi biz Zəngəzur Dəhlizi və "İnkişaf yolu" layihələri ilə iki yeni beynəlxalq xətti həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq".
Nazir qeyd edib ki, Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dəmiryolu sahəsində yeni dövr başlayıb. O, dəmir yolu şəbəkəsinin 14 min kilometrə çatdığını söyləyib. Onun sözlərinə görə, dəmiryolu sürətli və rahat səyahət istəyənlərin ilk ünvanıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb