"Qara qızıl"dan "yaşıl enerji"yədək - TƏHLİL

"Qara qızıl"dan "yaşıl enerji"yədək - TƏHLİLCənubi Qafqazda siyasi sabitlik regionun dünyanın ən mühüm iqtisadi qovşaqlarından birinə çevrilməsi perspektivinin açarıdır. Azərbaycan bölgənin iqtisadi lokomotivi olmaqla yanaşı, həm də başlıca təhlükəsizlik qarantıdır. Ermənistanın mifik tarixinin qurbanına çevrilməsi, onu tək Zəngəzur dəhlizinin mümkün dividendlərindən deyil, bütövlükdə regional inkişafdan geri salır.

Son bir ildə Azərbaycan və Gürcüstan liderlərinin beynəlxalq platformalardakı təmasları ilə yanaşı, ölkələrimizə üç qarşılıqlı səfər baş tutub. 2022-ci il oktyabrın 24-də və bu il oktyabrın 8-də Prezident İlham Əliyevin Gürcüstana, 2023-cü il aprel 7-də isə baş nazir İrakli Qaribaşvilinin Azərbaycana səfərlərində diqqət yetirilməli olan xüsusi məqam onların qısamüddətliliyi və işgüzar statusudur. Prezident İlham Əliyevin son səfəri ümumiyyətlə, bazar gününə təsadüf edib və əvvəlcədən anons olunmayıb. Belə format tərəflərin siyasi və iqtisadi gündəminin maksimum inteqrasiyasını göstərir ki, bu da müştərək qərarların operativ çözümünü tələb edir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ümumi Qafqaz evi

Ötən əsrin 90-cı illərinin sonları, 2000-ci illərin əvvəllərində Cənubi Qafqazda iqtisadi əməkdaşlığı müəyyən çərçivəyə sala biləcək müxtəlif modellərin müzakirəsi dəbdə idi. İqtisadi anlaşma regiondakı hərbi-siyasi ziddiyyətlərin yumşaldılması prizmasından təsirli stimul kimi nəzərdən keçirilə bilərdi. Ancaq İrəvan-Moskva-Tehran və Bakı-Tbilisi-Ankara kimi "üçbucaq"ların doğurduğu siyasi reallıq və antoqonist oriyentasiyalar fonunda regionda hərtərəfli iqtisadi əməkdaşlıqdan danışmaq populyar deyildi. Ermənistan qeyri-konstruktiv mövqeyi səbəbindən həm özü transmilli layihələrdən kənarda qalırdı, həm də Azərbaycan və Gürcüstanın iqtisadi kooperasiyasını daha aktual edirdi.

Azərbaycanın erməni işğalına son verməsi və ərazi bütövlüyünü bərpası Ermənistanın ümumqafqaz iqtisadi əməkdaşlıq formatına inteqrasiyası üçün yeni üfüqlər açsa da, İrəvanın özünütəcridə genetik həvəsi bu gözləntilərə ümid bəsləməyin vaxt itkisi olduğunu göstərir. Sürətlə cərəyan edən proseslər və dəyişən reallıq fonunda Azərbaycanın İrəvanın "siyasi naz"ına vaxt itirmək kimi lüksu yoxdur. Bu, Prezident İlham Əliyevin Tbilisidə verdiyi mesajlardan aydın hiss olunur: "Ermənistan istəyərsə, Cənubi Qafqazda formalaşmaqda olan yeni düzəndən iqtisadi divivdendlər əldə edə bilər. Bizim isə əsassız kaprizlərə görə ləngimək fikrimiz yoxdur".

İlk beynəlxalq təhlükəsizlik təminatı

Tarixi qonşuluq və münbit münasibətlər Bakı ilə Tbilisinin Xəzər dənizindən çıxarılan neftin Qərb bazarlarına Gürcüstan ərazisi ilə təhlükəsiz nəqlinə dair razılaşmanı rahatlaşdıran başlıca faktor olub. Bakı-Tbilisi-Ceyhan kəməri qarşılıqlı inteqrasiyanın lokomotivi rolunda çıxış edib. Qaz kəməri, dəmir yolu xətti, indi isə "yaşıl enerji" kabelinin çəklişinə yol açılıb. Gürcüstana üç milyard dollardan çox Azərbaycan kapitalı yatırılıb. SOCAR-Georgia qonşu ölkənin ən iri vergi ödəyicisidir. Bakı-Tbilisi-Cehyan iqtisadi layihə olsa da, Azərbaycan və Gürcüstan kimi gənc müstəqil dövlətlərin ilk beynəlxalq təhlükəsizlik təminatı qismində çıxış edir. Bu çətiri dövlətlər xaricdə himayə axtarmaqla deyil, özləri yaratmağa müvəffəq olublar.
Azərbaycan Gürcüstandan keçən qaz kəməri ilə 2020-ci ildən etibarən Avropaya "mavi yanacaq" ixrac etməyə başlayıb. Bu layihə cəmi bir neçə ay sonra baş verəcək Rusiya-Ukrayna müharibəsi kontekstində zamanını qabaqlamış addım idi. Hazırda kəmərin gücünün iki dəfə artırılması üçün real proseslər gedir. Azərbaycan Transadriatik qaz kəməri vasitəsilə qarşıdakı 25 ildə hər il 10 milyard kubmetr olmaqla İtaliya, Yunanıstan və Bolqarıstana qaz nəql edəcək. Ancaq xüsusilə ötənilki hadisələr onu göstərir ki, Azərbaycan qazının Avropaya ixrac coğrafiyasında və həcmində ciddi dəyişikliklər gözlənilir. Xüsusi interkorrektorlar vasitəsilə "mavi yanacağ"ın Avropanın 10-dək ölkəsinə nəqli aktual və realdır.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan qazı Gürcüstan üçün tək büdcəyə valyuta axını deyil. Həm də iqtisadi və enerji təhlükəsizliyinin təminatçısı rolunu oynayır. Tbilisinin vaxtilə Moskvanın təhdidlərinə sinə gərməsi, rusların enerji ekspansiyasından qurtuluşu məhz Azərbaycan qazı hesabına mümkün olub.

Tranzit imkanları genişləndirilir

Prezident İlham Əliyevin təşəbbüsü olan və Azərbaycanın vəsaiti hesabına ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolu "Orta dəhliz"in ana xətti statusunda çıxış etməyə hazırlaşır. Vaxtilə çoxlarının skeptik yanaşdığı bu layihə Rusiya-Ukrayna müharibəsinin logistik marşrutları alt-üst etməsi reallığında Çin-Qərbi Avropa tranzit kəmərlərinin əsas bəndi olacaq. Məhz bu səbəbdəndir ki, xəttin gücünün 5 dəfə artımına start verilib. Azərbaycan Prezidentinin Tbilisidə etdiyi bu anons regionun yaxın illərdə hansı həcmdə yük daşımalarını gözlədiyinin carçısıdır. Ermənistanın Zəngəzur dəhlizinə qarşı tərsliyi və inadı fonunda İran istiqamətinin ehtiyat variant olaraq işə salınmasına baxmayaraq, Bakı-Tbilisi-Qarsın gücünün 5 dəfə artımı ənənəvi Gürcüstan-Azərbaycan marşrutunun əlahiddə aktuallığının göstəricisidir. Bu, qonşu dövlətin Qara dəniz sahilindəki limanlarının rekonstruksiyası və genişlənməsinə doğru perspektivlər açır ki, Azərbaycan bu istiqamətdə də kapital yatırımını nəzərdən keçirir.

Yeni enerji trendləri

Azərbaycanla Gürcüstanı bir-birinə bağlayan daha bir qlobal əməkdaşlıq ölkəmizdə əldə ediləcək bərpa olunan enerjinin Qara dənizin dibi ilə Rumıniya və Macarıstana ixracını nəzərdə tutur. Bakı yaxınlığında, Naxçıvanda və Cəbrayılda işə salınacaq günəş və külək elektrik stansiyalarından əldə ediləcək enerji 2027-ci ildə 3 Gvt gücündə olacaq. Bərpa olunan enerjinin Avropaya nəqli Azərbaycanla Gürcüstanın iqtisadiyyatlarının yeni enerji trendlərinə cavab verməsi ilə yanaşı, ixrac və tranzit potensiallarının bir neçə dəfə artımına yol açacaq.

Cənubi Qafqazda siyasi sabitlik regionun dünyanın ən mühüm iqtisadi qovşaqlarından birinə çevrilməsi perspektivinin açarıdır. Azərbaycan bölgənin iqtisadi lokomotivi olmaqla yanaşı, həm də başlıca təhlükəsizlik qarantıdır. Ermənistanın mifik tarixinin qurbanına çevrilməsi, onu tək Zəngəzur dəhlizinin mümkün dividendlərindən deyil, bütövlükdə regional inkişafdan geri salır. Dəhlizlərdən isə qatarlar yola düşür...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 622   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr