"Cənab prezident ata vəsiyyətini və xalqına vermiş olduğu vədini yerini yetirərək həqiqi lider olduğunu sübuta yetirib" - DEPUTAT

"Cənab prezident ata vəsiyyətini və xalqına vermiş olduğu vədini yerini yetirərək həqiqi lider olduğunu sübuta yetirib" - DEPUTAT"Bu gün Azərbaycan Respublikası tarixinin ən güclü, qüdrətli dövrünü yaşayır, ölkə başçımız cənab İlham Əliyev tərəfindən vurğulandığı kimi, "müstəqilliyimiz heç bir zaman bu qədər möhkəm olmamışdır".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, Prezident cənab İlham Əliyev Ümumilli Lider Heydər Əliyev irsini qətiyyətlə davam etdirərək, Qarabağ problemini birdəfəlik həll etdi

"Dövlət başçımız ata vəsiyyətini, xalqına vermiş olduğu vədini yerini yetirərək həqiqi lider olduğunu bir daha sübuta yetirmişdir. Bu gün bütün dünya Azərbaycan Respublikasının Prezidentini verdiyi sözlərə istisnasız əməl edən, sözündən dönməyən biri olaraq tanıyır və qürurverici haldır ki, bu keyfiyyətlər bütövlükdə Azərbaycan xalqına şamil edilir.
Hələ 2003-cü ilin sentyabr ayında BMT Baş Assambleyasında cənab İlham Əliyev Azərbaycanın Baş naziri kimi 58-ci sessiyada çıxış etmiş, xüsusilə də Təhlükəsizlik Şurasının fəaliyyətindəki nöqsanları cəsur bir şəkildə dilə gətirərək, BMT-nin yenidən strukturlaşmasında yeni reallıqların nəzərə alınmalı olduğunu bildirmişdir. 20 il bundan əvvəl dilə gətirilən fikirlər bu günün qlobal konfiqurasiyasında özünü doğruldaraq BMT-nin fəaliyyətindəki disfunksional cəhətləri göstərir".

Deputat vurğulayıb ki, regional və qlobal təhlükəsizlik, sülh, dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi Prezident cənab İlham Əliyevin xarici siyasət strategiyasının fundamental prinsiplərini təşkil etmişdir:

"Azərbaycan tarixdə nadir dövlətlərdəndir ki, on illərdir ona qarşı genosid siyasətilə yanaşı, işğal etdiyi torpaqlarda ekosid, urbisid və kultursid aparan bir dövlətə sülh təklif edərək, iqtisadi inkişaf naminə münasibətlərin normallaşması yolunu seçmişdir. Bu fikir bir daha sonuncu Gürcüstan səfəri zamanı özünü sübuta yetirdi ki, Gürcüstan Azərbaycanın sülhpərvər siyasətini dəstəkləyir, regional inkişaf istiqamətindəki addımlarını alqışlayır.

Cənab İlham Əliyev hələ 2003-cü ildə Prezident seçilməsinin ardından Minsk qrupunun həmsədrlərini dəfələrlə qəbul edərək, Azərbaycanın öz haqq işindən bir addım geri çəkilməyəcini qəti olaraq bildirmişdir. Məhz bu prinsipial mövqe özünü illər sonra doğrultdu, bir qarış torpaq düşmənə güzəştə gedilmədən, ərazi bütövlüyümüz tam olaraq bərpa edildi".

Deputat söyləyib ki, 2016-cı il aprel döyüşləri zamanı yenilməz adlanan düşmən istehkamları bəzi nöqtələrdə 20 dəqiqə, bəzilərində isə 2 saata yarıldı:

"Vətən müharibəsi zamanı betonlarla möhkəmləndirilmiş və hərbçiləri belə təəccübə salan müdafiə-istehkam qurğuları darmadağın edildi, Azərbaycan əsgəri Şuşaya yüngül silahlarla erməni kimi hiyləgər bir düşmənin belə heç vaxt təsəvvür edə bilməyəcəyi yoldan qalxdı, günlərlə müharibə şəraitində meşədən yol çəkildi. Gəncəyə, Tərtərə, Bərdəyə və digər mülki yaşayış məntəqələrinə hücum əmri verən terrorçular ələ keçirildi, hazırda da Azərbaycan xalqına və dövlətinə qarşı müharibə cinayətləri törətmiş terrorçuların axtarışları və mühakimələri davam etməkdədir. Qalib dövlətimiz bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan kimi müzəffər bir dövlətlə "dövlətçilik" oynamaq necə baha başa gələr. Azərbaycan sadəcə Ermənistanı məğlub etmədi, Ermənistana hamilik edən, Ermənistana siyasi, hərbi, maliyyə dəstəyi verən güclərin on illəri əhatə edən planları, milyardları 44 gün ərzində puça çıxarıldı.

Qələbənin əsas motivlərindən biri, xüsusilə də Qarabağı görməmiş Azərbaycan gənclərinin Qarabağ sevgisi idi. Məhz bu iradə, Vətən sevgisi Ümumilli Liderin əsasını qoyduğu gənclər siyasətinin, Prezident cənab İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilməsinin, gənclərin vətənpərvər ruhda boya-başa çatmasının nəticəsidir. On illər ərzində nəinki iqtisadi və hərbi potensialımızı artırdıq, qətiyyətli siyasət və dəstək nəticəsində mənəvi xilasımızı gerçəkləşdirdik, xalq olaraq özümüzə olan inamımızı bərpa etdik və bütün dünyaya Azərbaycan xalqının, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdik.

2019-cu ildə Xankəndiyə etdiyi qanunsuz səfər zamanı "Qarabağ Ermənistandır və nöqtə" kimi destruktiv fikirlə sülh prosesini baltalayan Paşinyan, bir neçə gün öncə Azərbaycanın olmadığı bir masada Qarabağın Azərbaycanın tərkib hissəsini olduğunu təsdiq edən sənədi imzaladı. Ölkə Prezidentimizin "Valday" Diskussiya Klubunun iclasında dilə gətirdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı bütün xalqın mübarizə şüarına çevrilərək, 44 gün ərzində 7-dən 70-ə dildən-dilə dolaşdı. Düşmənə, eləcə də onun hamilərinə bir daha nümunə oldu ki, Azərbaycan 30 il əvvəlki dövlət deyil, onun güclü ordusu və güclü lideri var. Prezident cənab İlham Əliyev tərəfindən dəfələrlə dilə gətirildiyi kimi, hazırki Azərbaycan ordusu bir neçə il öncəki ordudan belə daha güclüdür, eyni zamanda artıq müzəffər bir ordudur.

Ölkəmiz günü-gündən inkişaf edir və daha işıqlı gələcəyə doğru addımlayır. Erməni lobbisinin təzyiqləri və maliyyə oyunlarına rəğmən Azərbaycanın haqlı mövqeyini bu gün kifayət qədər dəstəkləyən dövlət var. 44 günlük müharibə zamanı Qoşulmama Hərəkatına üzv dövlətlər Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamənin qəbuluna mane oldular. Macarıstan Avropa İttifaqının Azərbaycan əleyhinə bəyanatına mane oldu. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir çox qətnamə qəbul edib. Eyni zamanda, Azərbaycan hazırki geosiyasi dəyişiklərdə demək olar ki, istənilən xəritədə özünə yer tapmış bir dövlətdir və bütün bu faktların təməlində yatan səbəblərdən biri budur ki, Azərbaycan dünya üçün etibarlı tərəfdaşdır. Artıq sübuta yetirilib ki, sözümüz söz, imzamız imzadır. Azərbaycan müstəqil dövlətdir, güclü ordusu, güclü və qətiyyətli lideri və hər zaman liderinin arxasında dəmir yumruq kimi bir olan xalqı var!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 891   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr