Prezident İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciət edib
Prezident İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciət edib.
AZƏRTAC-ın xəbərinə görə, müraciətdə deyilir:
Hörmətli xanımlar və cənablar!
Sizi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə ürəkdən salamlayıram.
Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə iftixar dolu parlaq səhifələr yazmışdır. Türk xalqları şanlı keçmişlərindən güc alaraq zamanın sınaqlarından daim alnıaçıq çıxmış, günümüzədək milli mədəni özünəməxsusluğu qoruyub saxlamışlar. Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu böyük sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi ötən müddətdə təqdirəlayiq xidmətlər göstərmişdir.
Məhz TÜRKSOY-un təşkilatçılığı və bilavasitə iştirakı ilə ənənəvi şəkil alan layihələr, müntəzəm keçirilən mədəniyyət günləri, incəsənət festivalları, həmçinin türk dünyasının şah əsərlərinin, əlamətdar tarixi-mədəni hadisələrinin və görkəmli şəxsiyyətlərinin təntənə ilə qeyd olunan yubileyləri türk xalqları arasında qarşılıqlı əlaqələri dərinləşdirmiş və möhkəmlətmişdir. Təşkilat üzv ölkələrin mədəniyyət və incəsənət xadimlərinin yaxınlaşması üçün bu gün də var qüvvəsini əsirgəmir. Onun fəaliyyəti türk dövlətləri rəhbərlərinin bütün zirvə toplantılarında, dövlət və hökumət başçılarının birgə bəyannamələrində həmişə yüksək qiymətləndirilmişdir.
Ortaq türk mirasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə etmiş, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışmışdır. Təşkilatla respublikamız arasında əməkdaşlıq münasibətləri hazırda ən yüksək səviyyədədir. Şuşa şəhərinin 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və "TÜRKSOY Mədəniyyət Günləri"nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir.
Türk dünyası birliyinin daha da möhkəmləndirilməsi və müştərək mədəni-mənəvi dəyərlərimizin layiqincə qorunub yaşadılması yolunda hər birinizə yeni-yeni uğurlar arzulayıram.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb