İlham Əliyev: "Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə edib"
"Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə iftixar dolu parlaq səhifələr yazmışdır. Türk xalqları şanlı keçmişlərindən güc alaraq zamanın sınaqlarından daim alnıaçıq çıxmış, günümüzədək milli mədəni özünəməxsusluğu qoruyub saxlamışlar. Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu böyük sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi ötən müddətdə təqdirəlayiq xidmətlər göstərmişdir".
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanladığı təbrik məktubunda yer alıb.
Ortaq türk mirasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycanın TÜRKSOY-a hər zaman dəstəyini ifadə etdiyini, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışdığını vurğulayan dövlətimizin başçısı, həmçinin qeyd edib:
"Təşkilatla respublikamız arasında əməkdaşlıq münasibətləri hazırda ən yüksək səviyyədədir. Şuşa şəhərinin 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və "TÜRKSOY Mədəniyyət Günləri"nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb