Prezident Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib - YENİLƏNİB + FOTO

Prezident Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istirahət parkında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdilər.

Bildirildi ki, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.

Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Həmçinin məlumat verildi ki, Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün və ərazidəki məbədin, eləcə də məbədin ətrafındakı tarixi tikililərin konservasiyası, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək.

Bildirildi ki, 1898-ci ildə inşa edilmiş məbəd Qarabağ zonasında ənənəvi alban dini memarlıq məktəbinin elementlərini özündə ehtiva edir. O, yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunur.
Həmçinin qeyd edildi ki, Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazi tarixən Qafqaz Albaniyasının tərkibinə daxil olmuş, onun sosial-mədəni və hərbi-siyasi tarixində önəmli yer tutmuşdur. Bu baxımdan qəsəbənin yaxınlığında yerləşən müqəddəs Yelisey monastırının Qafqaz Albaniyasının hökmdarı III Mömin Vaçaqanın adı ilə bağlı olması təsadüfi deyil.

Belə geniş ərazidə təməlqoyma mərasimindən ötən qısa müddət ərzində gözoxşayan istirahət parkının yaradılması olduqca füsunkar, bənzərsiz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsinin tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcəyini sübut edir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.
Prezident Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib - YENİLƏNİB + FOTOPrezident Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib - YENİLƏNİB + FOTOPrezident Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1112   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr