"Azərbaycan Prezidentinin Qarabağ səfəri qazanılmış şanlı qələbənin triumfu idi" - DEPUTAT

"Azərbaycan Prezidentinin Qarabağ səfəri qazanılmış şanlı qələbənin triumfu idi" - DEPUTATPrezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması Azərbaycanın müstəqilliyini əldə etməsi, müstəqilliyini bərpa etməsi kimi proseslərlə müqayisə oluna biləcək tarixi hadisədir.

"İlk növbədə ondan başlayaq ki, müstəqillik tariximizdə, nə Cümhuriyyət dövründə, nə 1991-ci ildən sonra Xankəndidə Azərbaycanın üçrəngli bayrağı heç vaxt dalğalanmamışdı. Habelə nə Cümhuriyyət tarixində, nə də Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırıldığı 1987-ci ildən bəri heç bir Azərbaycan rəhbəri Xankəndiyə getməmişdi, daha doğrusu, Vəzirov və Mütəllibov Xankəndiyə getməyə qorxmuşdu, AXC-Müsavat iqtidarı isə nəinki Xankəndiyə, ümumiyyətlə, Xırdalandan o yana keçməyə cəsarət etmirdi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, 15 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri kimi Milli Məclisin iclasında ilk çıxışında "Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının geri qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müharibənin qurtarması və sülh yaranmasını" dövlətin qarşısında ilk vəzifə kimi müəyyən etmişdi.

"Məhz bu məqsədlər naminə Ulu Öndərin rəhbərliyi altında genişmiqyaslı tədbirlərə start verildi, ordu quruculuğu, neft strategiyası, hüquq islahatları, vətəndaş cəmiyyətinin formalaşdırılması həyata keçirilməyə başladı. 1994-cü ildə cəbhə xəttində dönüşə nail olundu, Ulu Öndərin Ali Baş Komandanlığı altında Ordumuz Füzuli və Cəbrayılın bir sıra strateji yüksəkliklərini, kəndlərini, o cümlədən Horadiz qəsəbəsini azad etmişdi. Lakin səhhəti imkan vermədiyi üçün dahi Liderin dediyi kimi, "nəticəsini öncədən gördüyü, amma tamamlaya bilmədiyi yarımçıq işləri" özü qədər güvəndiyi, ən yaxın silahdaşı cənab İlham Əliyevə həvalə etdi. Prezident İlham Əliyevin ötən 20 illik siyasi hakimiyyətinin fəaliyyət xronologiyasına diqqət etsək, onun hər bir addımı, hər bir qərarının bizi Ulu Öndərin suverenliyi, ərazi bütövlüyü təmin olunmuş, sülh şəraitində yaşayan qalib Azərbaycan idealına yaxınlaşdırdığının şahidi olarıq. Bu illər ərzində həyata keçirilən titanik fəaliyyət, Azərbaycan tarixinin ən güclü ordusunun və 1200 addan çox istehsal qabiliyyətli müdafiə sənayesinin formalaşdırılması, siyasi müstəqilliyin güclənməsi, iqtisadi suverenliyə nail olunması, qlobal müstəvidə haqq işimiz naminə hüquqi bazisin formalaşdırılması fonunda Azərbaycanın Lideri ilmə-ilmə yeni reallıq toxudu. Nəhayət, Vətən müharibəsində 30 il möhkəmlənən fiziki istehkamların, siyasi maneələrin dəf edilərək 44 günə yeni reallığı yaradılmasının şahidi olduq. Ardınca isə cəmi 23 saata 105 illik separatizm yuvasının darmadağın edilməsi tamamilə yeni bir mənzərə meydana çıxardı. Xankəndidə Dövlət Bayrağımızın dalğalanması isə artıq proseslərin məntiqi sonu oldu. Beləliklə, Heydər Əliyev siyasi kursuna sadiq qalmaqla cənab İlham Əliyev 20 il öncə andiçmə mərasimində verdiyi vədə sadiq qalaraq müəyyən etdiyi vəzifələrin icrasını başa çatdırdı.

Beləliklə, Vətən müharibəsi, antiterror tədbirləri və ardınca oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağımızı ucaltmaqla cənab ilham Əliyev dünyaya mesaj verdi ki, nə Azərbaycan əvvəlki Azərbaycan deyil, nə Ermənistan, nə də ki, geosiyasi situasiya.

Azərbaycan Respublikası Ali Sovetinin Sədri kimi həm də Respublika Prezidentinin səlahiyyətlərini həyata keçirən zaman Ulu Öndər özünün 2 iyul 1993-cü il tarixli ilk bəyanatında dünyaya müraciət etmişdi, "dünya dövlətləri rəhbərlərini, BMT, ATƏM və digər nüfuzlu beynəlxalq təşkilatları Ermənistanın davam edən və daha da şiddətlənən təcavüzünü qətiyyətlə pisləməyə, təcavüzkarı cilovlamaq məqsədilə təcili, təsirli və qəti tədbirlər görməyə çağırmışdı". Möhtərəm Prezidentin Xankəndidən bəyan etdiyi kimi, "hesab edirdik ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır". Amma son üç ilə qədər beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü kağız üzərində təsbit etsə belə, rəsmi bəyanatlarda Ermənistanı işğalçı adlandıran subyektlər yox səviyyəsində idi. Əksinə beynəlxalq hüququn iri subyektləri, başda ATƏT-in Minsk qrupunun BMT Təhlükəsizlik Şurasının üzvü olan həmsədrləri belə Azərbaycanı işğal və təcavüz status-kvosu ilə barışmağa, münaqişəni dondurmağa və tədricən Bakını ərazi itkisinə razı salmağa çalışırdılar. Ermənistan da uca səslə danışa və tələblər qoya bilirdi, çünki qarşısında məğlub Azərbaycan var idi. Üstəlik hərbi nöqteyi-nəzərən Azərbaycanla təmas xəttində bütün strateji yüksəkliklər Ermənistan ordusunun nəzarətində idi, habelə 30 il Fransanın və digər dövlətlərin davamlı maliyyə dəstəyi ilə Ermənistan keçilməz müdafiə sədləri formalaşdırmışdı. Azərbaycan Prezidenti təmkinlə, yalnız özünə və xalqına güvənərək bütün dünyaya rəğmən vəziyyəti kökündən dəyişdi. Bu gün artıq Ermənistanla şərti sərhədlərdə Azərbaycan istisnasız bütün strateji yüksəkliklərə nəzarət edir. Silahlı Qüvvələrimiz şəxsi heyətin döyüş ruhu və maddi-texniki təhcizat, habelə arsenalına görə Ermənistandan müqayisə olunmaz dərəcədə üstündür. Azərbaycana münasibətdə ən ciddi təhdid, Ermənistan və havadarlarının 100 ildən artıqdır ki, əsas rıçağı hesab edilən separatizmin kökü cənab İlham Əliyev tərəfindən qazınıb. Artıq ərazi bütövlüyü və suverenliyimiz, bütün ölkə ərazisində konstitusiya quruluşumuz tam bərpa olunub. Xankəndidə möhtərəm Prezidentin Zəfər nitqi əslində qələbə və Qafqazın gələcək birgəyaşayış direktivi idi. Bu direktivlə cənab İlham Əliyev bütün dünyaya bəyan etmiş oldu ki, bölgənin reallığını biz diktə edirik. Hər hansı ikinci bir subyekt və ya güc mərkəzi yeni şərtlər, yeni reallıqlar barədə danışırsa, bunlar kimin səsləndirməsindən asılı olmayaraq cəfəngiyyatdır.

Bu mənada, Azərbaycan Prezidentinin Qarabağ səfəri qazanılmış şanlı qələbənin triumfu idi. Elə bir triumf ki, hər kəs bu zəfəri layiq olduğu yerdən izləyir, separatçı canilər Bakıda təcridxanadan, Ermənistanın indiki və keçmiş hərbi-siyasi rəhbərliyi qorxaqcasına öz evlərindən, Fransa kimi riyakar beynəlxalq oyunçu isə çox daha uzaqlardan. Azərbaycan xalqı isə, nəhayət, 200 il sonra, cənab İlham Əliyevin sayəsində özünün layiq olduğu qaliblər kürsüsündən".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 911   Tarix: 16 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtobus zolağı ləğv olundu, cərimə yazılmayacaq: Sürücülərin diqqətinə! - VİDEO

Məlum olduğu kimi, 20 fevraldan etibarən "Şamaxinka" adlanan ərazidə hərəkət işıqforlar vasitəsilə tənzimlənəcək. Belə ki, yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkə

21 fevral
.

"İstanbul NS" klinikası 20 min manat cərimələndi

"İstanbul NS" klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib. "Teleqraf"a istinadla xəbər verir ki, aparılan araşdırma zamanı klinikada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin fəaliyyətə cəlb edildiyi müəyyənləşib. Bu səbəbdən klinika İnzibati Xətala

23 fevral
.

Azərbaycanda həyat yoldaşına bu sözləri demək artıq qanun POZUNTUSUDUR

Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini özünə və ya kənar şəxslərə bildirmə ailə qanunvericiliyinə zidd davranış hesab ediləcək. Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında 2

22 fevral
.

Peyvənd vurulan körpə şoka düşərək öldü - Yenilənib

Goranboyda peyvənd vurulan körpə ölüb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib. Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. O, iynənin təsirindən şoka düşərək vəfat edib. Faktl

23 fevral
.

Ötən ay avtomobil nəqliyyatı ilə 150 milyona yaxın sərnişin daşınıb

Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə 10 milyon 794,7 min ton yük, 149 milyon 36,1 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 572,4 min ton və ya 5,6 % və 10 milyon 876,

21 fevral
.

Səhər saatlarında Bakıda obyektdə partlayış oldu

Fövqəladə Hallar Nazirliyi səhər saatlarında paytaxtın Nizami rayonu, Elşən Suleymanov küçəsində mağazada baş verən partlayış hadisəsi ilə bağlı yeni məlumat yayıb. Qurumdan -a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələr

23 fevral
.

"​Metbuat.az" 9 yaşında!

Bu gün xəbər saytının fəaliyyətə başlamasından 9 il ötür. 2017-ci il 21 fevral tarixində fəaliyyətə başlayan " ötən 9 il ərzində operativliyi və etibarlılığı əsas prinsip kimi qəbul edərək geniş oxucu auditoriyasını formalaşdırıb. Qısa müddətdə öz dəst-xətti ilə seçilən sayt bu gün aparıcı onlay

21 fevral
.

Altıncı günün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının altıncı günüdür. xəbər verir ki, imsak vaxtı 05:57-yə, iftar isə 18:40-a təyin olunub. Altıncı gününün duası. "Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin"

23 fevral
.

Fuad Şahbazova yüksək vəzifə verildi

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. -ın məlumatına görə, icra başçısı Elnur Rzayevin müvafiq əmri ilə Fuad Nəzər oğlu Şahbazov başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, Fuad Şahbazov bundan əvvə

23 fevral