"X" yeni istifadəçilər üçün ödənişli olacaq: "Oxumaq pulsuzdur, lakin yazmaq üçün…" - FOTO
"X" (keçmiş "Twitter") sosial şəbəkəsi yeni hesab açanlar üçün ödənişli ola bilər.
Belə ki, mesaj yazmaq, digər istifadəçilərlə əlaqə yaratmaq istəyən yeni hesabların istifadəçiləri üçün illik birdollarlıq abunənin sınaqdan keçirilməsinə başlanılıb.
Şirkət bəyan edib ki, bu qərar xidmətlə bağlı spam, bot və digər manipulyasiyaların sayını azalda bilər.
"Oxumaq pulsuzdur, lakin yazmaq üçün ildə bir dollar", - deyə "X" şəbəkəsinin sahibi İlon Mask sosial media hesabında yazıb.
"Bu, real istifadəçiləri bloklamadan botlarla mübarizə aparmağın yeganə üsuludur", - deyə milyarder əlavə edib.
Şirkətin sosial şəbəkədəki bloqunda verilən məlumata görə, "Bot deyil" adlı pilot abunəlik Yeni Zelandiya və Filippində fəaliyyətə başlayıb.
Ödəniş etməyən yeni istifadəçilər sosial şəbəkədə mesaj yazmaq, bəyənmə düyməsini basmaq, yazışmalarda cavab vermək və s. kimi müəyyən funksiyalardan istifadə edə bilməyəcəklər. "Bu test mövcud istifadəçilərə aid edilmir", - deyə məlumatda qeyd edilib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video