Şagirdlərin pirə aparılması ilə bağlı açıqlama - Foto
Bir neçə gündür Qazax rayonunun Cəfərli kənd tam orta məktəbinin şagirdlərinin rayondakı "dilək ağacı" pirinin qarşısında çəkdirdikləri foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
"Qafqazinfo" xəbər verir ki, təhsil müəssisəsinin feysbuk hesabında paylaşılan foto tənqid olunub, məktəblilərin pirə aparılması qınanılıb.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən foto məktəbin səhifəsində yanlışlıqla paylaşılıb: "Qazax rayon Cəfərli kənd tam orta məktəb tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib. Və həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi feysbuk səhifəsində paylaşılıb".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1098 Tarix: 19 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrErməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd
1 oktyabrMəktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı
Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey
2 oktyabr