Serebral iflicdən əziyyət çəkən Ömərin anası: "Övladımın müalicəsi üçün 150 manata ehtiyacımız var" - FOTO
12 yaşlı Ömər Pirmalıyevin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nərminə Əzizova deyib.
O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.
"Ömər doğulan gündən serebral iflicdən əziyyət çəkir. Bu günə qədər bütün müalicələrini etmişik, amma artıq tükənmişik. Onun müalicələrini davam etdirməyə imkanımız yoxdur. Müalicələr olmayanda isə Ömərin ağrıları daha da artır, əziyyət çəkir".
Nərminə Əzizova bildirib ki, Ömərə həm də pnevmoniya diaqnozu qoyulub.
"Öməri soyuq havalarda qətiyyən çölə çıxarmırıq. Qış ərzində ancaq evdə olur. Evin istisinə o qədər öyrəşir ki, çox az müddətə çölə çıxanda xəstələnir. Həkim Ömərə pnevmoniya diaqnozu qoyub. Ömər pnevmoniyaya görə dəfələrlə müalicə alsa da, böyük irəliləyiş olmayıb. Yardımsevər şəxslərin dəstəyi ilə onu həyatda saxlaya bilirik, müalicələrini edirik. Hazırda müalicələrin yarıda qalmaması üçün 150 manata ehtiyacımız var. Ömərin vəziyyəti ilə bağlı mən işləyə bilmirəm, ailəmizdə tək işləyən yoldaşımdır. Ömərdən başqa iki oğlum da var. İnanın, vəziyyətimiz çox ağırdır. Yardımsevər şəxslərdən mənim balama dəstək olmağı, onu bu yolda tək qoymamağı xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 373-24-47







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video