Türkiyəli nazir: "Qadınların cəmiyyətdə daha güclü yer almaları üçün Azərbaycanla çalışmağa davam edəcəyik"
"Türkiyədə qadının güclənməsi, hüquqlarının qorunması, zorakılığın və istismarın aradan qaldırılması istiqamətində lazımi bütün hüquqi işlər həyata keçirilib".
Oxu.Az-ın məlumatına görə, bunun Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyədə daha sağlam ailələr və təhsilli qadınlar üçün işlər davam edirlər:
"Görülən işlər sayəsində 2023-cü ildə keçirilən parlament seçkisində qadınların sayı 19 faizə çatmışdı. Düzdür, bu rəqəm yetərli deyil və qadınların sayının artırılması istiqamətində çalışacağıq".
M.Ö.Göktaş qeyd edib ki, qadına şiddətin qarşısının alınması başda olmaqla, onların bərabər hüquqlardan yaranması təkcə Türkiyənin deyil, dünyanın diqqətindədir.
"Bu istiqamətdə Türkiyə son illərdə böyük yol qət edib. Azərbaycanla ailə, qadın və uşaq sahəsində işlərə böyük önəm veririk. İki ölkə arasında imzalanan protokollara uyğun olaraq seminarlar keçiririk. Qadınların cəmiyyətdə daha güclü yer almaları, şiddətlərin qarşısının alınması üçün Azərbaycanla çalışmağa davam edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video