Azərbaycanda ödənişli hərbi xidmət tətbiq oluna bilərmi? - HƏRBİ EKSPERTDƏN AÇIQLAMA
"Azərbaycan qanunlarına görə möhlət hüququ bir neçə şəxslərə verilir. Sağlamlığı imkan verməyən, təhsil alan və ailə vəziyyətinə görə ata və anasından biri olmayan şəxslərə, əlil olan, 3 övladı olan şəxslər möhlət hüququ var və hərbi xidmətə getmirlər. Xidmətdən yayınan qeyri-qanunidir. Bununla bağlı, Azərbaycan qanunvericiliyi əsasında müvafiq maddələr ilə cinayət məsuliyyətinə cəlb edilirlər. Müharibə dövründə belə şəxslər fərari hesab olunur. Ona görə də bu məsələlər yenidən aktual olub".
Bu sözləri BiG.AZ-a açıqlamasında Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, xidmətdən yayınanlara ictimai qınaq var. Xüsusilə ictimai qınaq Türkiyədə daha güclüdür:
"Bu şəxslərin dövlətə pul ödəməyi doğru bir şey deyil. Türkiyədə alternativ xidmət var. Yəni pullu xidmət var. Bu vergi deyil. Bu məsələdə davamlı olaraq gündəmə gətirilir. Bədəlli xidmət deyilir və 25 gün şəxs xidmətə gedir. Qalan hissəsini isə müəyyən miqdarda pul ödəyir və getmir. Bununla da kompensasiya edir. Türkiyə artıq peşəkar orduya keçir və çağırış da var. Ancaq bütünlükdə böyük hissə peşəkar ordudur. Çağırış sistemi qalsa da orduya getməyənlərin pul verməsi normal olaraq qəbul edilir. Gələcəkdə Azərbaycan bu məsələyə baxa bilər".
Ekspert bildirib ki, Azərbaycanda artıq müharibə bitib. Əsgərlik xidmətində yaş həddi 35-dən 27-ə endirilə bilər. İldə dörd dəfə çağırış iki ilə əvəzlənə bilər: "Bir müddət sonra bədəlli pullu xidmətə keçidlə bağlı məsələ müzakirə edilə bilər. Bu təklifə müxtəlif yanaşma var. Bu yanaşma ondan ibarətdir ki, pullu xidmətə keçid bütünlükdə olması gələcəkdə peşəkar orduya çağırılacaq şəxslər mütləq əsgərlik xidmətindən keçməlidir. Onun ilkin bazası əsgərlik xidmətində olur. Əsgərlik görən şəxslər sonradan müddətdən artıq hərbi qulluqçu yaxud gizir kimi davam etdirirlər. Bununla bağlı məsələlər zamanla öz həllini tapacaq. Hər zaman sual olunurdu ki, niyə çağırış ildə dörd dəfə olur? Niyə iki dəfə deyil? Çünki müharibə hər an ola bilərdi və oldu".
Son olaraq Emin Həsənli vurğulayıb ki, birdən-birə dövlət öz ordu ehtiyatının 50 faizini tərxis edə bilməz:
"Bunu ildə dörd dəfə edirdi ki, 25 faizi tərxis olunanda 75 faizi hazır döyüşkən ordu vəziyyətində qalsın. Orduda bir çox sahələr peşakar orduya keçmək ilə bağlı bir çox işlər görülür. Xüsusilə çox vacib sahələr müddətdən artıq hərbi qulluqçular və gizirlərə həvalə edib. Bu istiqamətdə xüsusi təyinatlılarımızın böyük hissəsi peşəkardır. Müxtəlif sahələr və istiqamətlərdə peşakar işlər görülüb".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video