Veysəloğlu Şirkətlər Qrupu beynəlxalq biznes müsabiqəsini dəstəkləyir
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) nüfuzlu işgüzar mükafat olan "EY İlin İş Adamı" 2023-2024 proqramını dəstəkləyir.
Müsabiqənin təşkilatçısı dünyada audit və konsaltinq üzrə nüfuzlu şirkətlərdən olan EY (keçmiş Ernst & Young) şirkətidir.
Veysəloğlu Şirkətlər Qrupu ilə yanaşı, Azərbaycan Beynəlxalq Bankı (ABB) və bp də müsabiqəyə dəstək verir.
"Bu gün bizim tərəfdaşlarımız arasında kiçik və orta sahibkarlar geniş yer tutur. Onların inkişafı və daha keyfiyyətli məhsul istehsalı bizim də inkişafımızdır. Bu müsabiqəni dəstəkləməklə biz ölkəmiz sosial-iqtisadi və dayanıqlı inkişafı üçün dəyər yaratmaq hədəfimizə də daha bir addım atmış oluruq", - deyə Veysəloğlu Şirkətlər Qrupunun baç icraçı direktoru Burak Dəniz bildirib.
"EY İlin İş Adamı" müsabiqəsi 35 ildən çoxdur ki dünyanın 60-dan çox ölkəsində keçirilir.
Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini dekabrın 31-dək təqdim edə bilərlər. Azərbaycanda müsabiqənin qalibi 2024-cü ilin fevralında seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsasən aparacaqlar.
Proqramın məqsədi yüksək potensiala malik kiçik və orta sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurları nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video