Əsir hərbçimizin anası FƏRYAD ETDİ – "Balalarımıza elə işgəncələr veriblər ki, canlarından beziblər"
"Bu gün oğlumla telefonda danışdım. Danışığı heç xoşuma gəlmədi. Açıq-aydın intihar edəcəyinə işarə vurdu. Ermənistanda hər iki əsirə işgəncə verirlər. Oğlum artıq dözə bilmədiyini və bezdiyini açıqladı".
Bu sözləri Bizim.Media-ya açıqlamasında 7 aydır Ermənistanda əsir saxlanılan hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.
Ana oğlunun tez bir zamanda sağ-salamat vətənə dönməsini istəyir:
"Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşının iştirakı ilə mən oğlum Aqşinlə, Şəlalə Axundova isə oğlu Hüseynlə danışdıq. Hər iki əsir heç yaxşı deyil. "Məni boş verin, siz yaxşı olun. Səbrimiz tükənib, şaiyələrə dözə bilmirik, ölsək kişi kimi ölərik"– deyə ifadələr işlətdilər.
Aqşin heç vaxt belə ümidsiz danışmamışdı. "Özüm üçün bir problem yaratsam, narahat olma" dedi. Elə hey sağollaşır, sanki danışmaq istəmirdi. İşgəncələrə məruz qalıblar. Bir iki kəlmə zorla danışdı. Nə şaiyədir, anlamadım. Bu gün artıq balam 7 aydır düşmənin evində nə çəkdiyini dilə gətirdi, səbrinin daşdığını açıqladı.
Bizim balalarımızın bəlkə də qüruru ilə oynayırlar, döyürlər, nə işgəncə verirlər, bilmirik. Eləcə də Hüseyn Axundov anası ilə bu cür danışdı. Bu uşaqlara nə ediblər, hansı işgəncələr veriblər ki, hər iki əsir canından bezib? Oğlumun son sözü o oldu ki, "ölsək də başı dik öləcəyik". Bir ana buna necə dözsün?"- deyə Dürdanə Bəbirova fəryad edib.
Xatırladaq ki, aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər.
Ermənistan tərəfi onlara qarşı saxta ittihamlarla cinayət işi açıb. Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il, Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da bildirək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video