"Maarifçi" tələbə-məzun təcrübə proqramının təqdimat mərasimi keçirilib
Oktyabrın 20-də Azərbaycan Texniki Universitetinin Davamlı İnkişaf Mərkəzində Elm və Təhsil Nazirliyi, həmçinin Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə "Maarifçi" tələbə-məzun təcrübə proqramının təqdimat mərasimi keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən Sonxeber.az-a məlumat verilib.
Təqdimat mərasimində giriş nitqi ilə çıxış edən Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev proqramın mahiyyəti barədə məlumat verib.
Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Nərgiz İsmayılova və nazirliyin Korporativ idarəetmə sektorunun müdiri Şəhriyar Laçınov proqram barədə fikirlərini bölüşüblər.
Daha sonra nazirliyin əməkdaşı Sara Mirzəyeva tərəfindən "Maarifçi" tələbə-məzun təcrübə proqramının məqsədləri, hədəf qrupu, gözlənilən nəticələri və fəaliyyətinin təşkili barədə təqdimat nümayiş etdirilib.
Təqdimat mərasimində həmçinin proqram barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, tələbələr, məzunlar üçün Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaradan "Maarifçi" proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, iştirakçıların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.
Proqramda iştirak etmək istəyən şəxslər oktyabrın 20-dən https://t.ly/25uSR keçidi vasitəsilə müraciət ünvanlaya bilərlər.
Seçim prosesində uğur qazanan namizədlər proqram çərçivəsində Elm və Təhsil Nazirliyinin Aparatı, qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Proqram çərçivəsində tələbə və məzunlar nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1106 Tarix: 20 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabr