"Fransanın Azərbaycanla pisləşən siyasəti regionda nüfuzuna ciddi zərbə vurur" - DEPUTAT
"Fransanın son dövrdə anti-azərbaycan təbliğatı və fəaliyyəti geniş vüsət alıb. Bunun iki səbəbi var: 1. Fransanın müəyyən dairələrinin Türkiyə -Azərbaycan ilə bağlı tarixdən gələn varlığımızı qəbul edə bilməməsi. 2) Fransanın daxili problemlərinin kəskinləşməsidir".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə Fransanın indiki hakimiyyətinin apardığı siyasət əhali arasında böyük narazılıq yaradır:
"Vaxtaşırı keçirilən kütləvi mitinqlərdə prezident Emmanuel Makronun daxili siyasəti kəskin tənqid olunur. O diqqəti daxili problemlərdən uzaqlaşdırmaq üçün Fransanı beynəlxalq aləmdə güc olduğunu və hansısa Fransanın maraqlarına, digər məsələlərə dair mübarizə apardığını göstərməyə çalışır. Ancaq görünən ondan ibarətdir ki, Makronun daxili siyasəti kimi xarici siyasətidə çox qüsurludur. Bu Fransanın imicinə ciddi ziyan vuran siyasətdir".
Deputat bildirib ki, Fransanın son dövrlər Afrikadan qovulması və ona qarşı kəskin etirazların güclənməsi onun xarici siyasətinin iflasa uğradığını göstərir: "Mümkündür ki, Fransanın müəyyən şirkətləri Azərbaycan bazarında onlara sərf edən nəticələr əldə etmədiyinə görə Azərbaycana siyasi təzyiq edir. Azərbaycanın öz maraqlarından, öz milli mənafeyindən çəkilməyə və Fransa şirkətlərinə Azərbaycan bazarında maksimum gəlir göstərəcək şərait yaratmağa vadar etmək istəyir".
Aydın Mirzəzadə qeyd edib ki burada erməni faktoru da rol oynayır. "Ancaq görünən ondan ibarətdir ki prezident Makronun apardığı daxili-xarici siyasət bu gün Fransa üçün çox ciddi problemlər yaradır. Özü üçün aydındır ki, türk dünyasına qarşı apardığı siyasət hər hansı bir nəticə verməyəcək. Çünki türk dövlətləri, ilk növbədə Azərbaycan öz maraqlarını qoruya bilir. Beynəlxalq mühitdə nüfuz qazanıblar. Bütün məsələlərdə xalqın maraqlarını və suveren hüquqlarını qorunmasını əsas götürürlər. Fransanın Azərbaycanla günü-gündən pisləşən siyasəti ilk növbədə onun bu regionda nüfuzuna çox ciddi zərbə vurur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 932 Tarix: 21 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabr