Şöhrəti tarix olan Quba alması - ARAŞDIRMA

Şöhrəti tarix olan Quba alması - ARAŞDIRMA"Qubanın ağ alması, yeməyə var alması...

Qubadan alma aldım, yarıma yola saldım..."

Vaxtilə adına mahnılar bəstələnən, yara ən gözəl hədiyyə sayılan Quba alması dardadır. Fermerlər almanın keyfiyyətsizliyindən, satılmamasından, dəyərinin azalmasından şikayətlənir, mütəxəssislər isə baxımından... Maraqlıdır, problem nədədir? Dünyaya səs salan Quba alması artıq şöhrətini itirirmi?

"Kaspi" qəzeti bu və digər suallara məqalədə cavab tapmağa çalışıb.

Kasıb fermerlər almanı sata bilmirlər

Fermer Rəşad Nəcəfinin Qubada bir hektar alma bağı var. Deyir ki, meyvə yığımından sonra, il ərzində qoyduqları xərci götürə bilmirlər. Bu səbəbdən alma əkimindən imtina etmək məcburiyyətində qalırlar: "Meyvələrin, xüsusilə də Quba almasının qiymətinin düşməsinə Rusiya-Ukrayna müharibəsi və rublun kəskin surətdə dəyər itirməsi ciddi təsir etdi. Son illərdə şimal bölgəsində şirkət bağlarının çoxalması da sadə, kasıb fermerlərin satışına ciddi mane olur".

"Çəkdiyimiz xərc qazancımızdan çoxdur"

Məlumdur ki, meyvə bağlarından davamlı olaraq bol və keyfiyyətli məhsulun əldə olunması üçün mövsümə uyğun lazımi aqrotexniki tədbirlərin görülməsi mütləqdir. Fermerin sözlərinə görə, dərman qiymətlərinin baha olması fermerlərin vəziyyətini çətinləşdirir: "Meyvələri zərərvericilərdən qorumaq üçün istifadə olunan dərmanın qiyməti hədsiz bahadır. Təsəvvür edin, il ərzində meyvə bağını ən az 20 dəfə dərmanlamaq tələb olunur. Biz fermerlərin o qədər dərmanı almağa imkanımız yoxdur. Bunu etsək belə, sərf etdiyimiz məbləğ satdığımız məhsulun qiymətindən də çox olur. Çünki tək dərman deyil, bunun budaması, gübrəsi, yığımına tələb olunan xərc də var. Bu işləri normal görmək lazımdır ki, vaxtında yaxşı da məhsul götürə biləsən".

Daxili bazarda məhsul çoxdur

Rəşad Nəcəfi hazırda alma bağlarından yığdıqları məhsullarını anbarda saxladığını bildirir. Deyir ki, yaxşı qiymətə alıcısı çıxsa, satacaq: "Saxlamaq da bizə sərf etmir, çünki çox qaldıqca, almanın suyu çəkilir, yüngülləşir və keyfiyyətdən düşür. Əvvəllər rahatlıqla Rusiya bazarına satırdıq. Hazırda bunu edə bilmirik. Ancaq daxili bazara satmaq məcburiyyətində qalırıq, o da tələbatımızı ödəmir. Çünki daxili bazarda məhsul çoxdur. Şirkət bağları daxili bazarı istənilən səviyyədə təmin edir".

Quba camaatı alma bağlarını ləğv edir?
Fermerin sözlərinə görə, Quba camaatı alma bağlarını ləğv edib, pula daha yaxşı satılan meyvə ilə əvəzləyirlər: "Texnika ilə dərman səpmək, hektarına görə 30 manatdır. Yığımı vaxtında bitirmək üçün əlavə işçi qüvvəsi lazım olur ki, yeşiyin biri 80 qəpikdən yığılır, 30 qəpik daşınma xərci, 40 manat isə traktorun həyətə gətirilməsidir. Camaat alma bağlarını ləğv edib, yerində tez yetişən, almadan da baha satılan meyvələr əkirlər. Əsasən, xarici sortlara üstünlük verirlər. Bu səbəbdən də Qubada ildən-ilə sadə fermerlərin əkdiyi alma bağları azalır".

Alıcılar səhv yönləndirilirlər

Fermerlə söhbətimizdən məlum olur ki, dərmanların keyfiyyətsizliyi də kənd təsərrüfatı məhsullarında ciddi problem yaradır. Həmsöhbətimiz iddia edir ki, kənd təsərrüfatında istifadə edilən dərmanların tərkibindəki ana maddənin miqdarı aşağı olur: "Məsələn, dərman alırıq, üzərində yazılıb ki, 10 litr suya 100 qram dərman əlavə etmək lazımdır. Biz elə vaxt olur ki, hətta onun üzərində yazılan dozadan bir qat da artıq tökürük, lakin xeyri olmur. Dərman dükanlarına nəzarət yoxdur. Hər kəs ürəyi istəyən məhsulu gətirir, istədiyi kimi satır. Dərman dükanlarında işləyənlərin çoxunun aqronomluq ixtisası yoxdur. Bu səbəbdən, alıcılar səhv yönləndirilir".

Klassik sortlar yetişdirilmir

Quba Regional Təlim Mərkəzinin aparıcı mütəxəssisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov deyir ki, Quba alması ilə bağlı ən böyük problem artıq klassik sortların yetişdirilməməsidir: "Quba almasının keyfiyyəti düşməyib, sadəcə, şimal bölgəsində şirkət bağlarının çoxalması adi fermerlərin işinə təsir edib. Quba alması ilə bağlı ən böyük problem köhnə sortların artıq yetişdirilməməsidir. Ən əsası isə, yerli sortlar sıxışdırılır. Adi fermerlərin əkdiyi alma sahələrinin sayı azalıb. Şirkət bağları müasir standartlara cavab verir və yeni, müasir sortlar əkilir. Fermerlər də rəqabətdə bu bağlara uduzurlar".

"Napoleon", "kitayka", "antonovka"...

Mütəxəssis vurğulayır ki, indi yerli sortlarımızdan "cırhacı", "qızıləhmədi" qalıb: "Vaxtilə bizim bağlarda geniş yayılan "Napoleon" sortu olub, indi tapmaq mümkün deyil. Çünki bu almalar əmtəə qabiliyyətli deyil. Yəni bu gün bazarda "Napoleon", "kitayka", "antonovka" satılmadığına görə, əkilmir. Bu gün az-çox bağlarda "simirinko reneti" , "qızıləhmədi", "cırhacı", "sinab" sortlarını tapmaq mümkündür. Təəssüf ki, hazırda hamı bazar üçün işləyir. Bazarın da özünün qaydaları var. Ona görə də klassik alma sortları yetişdirilmir".

Alma bağlarını gilas bağları əvəzləyib

M.Qurbanovun sözlərinə görə, hazırda Qubada fermerlər gilas bağlarına üstünlük verirlər: "Fermerin müəyyən sahəsi olur. O sahəni becərməklə öz dolanışığını təmin etməyə məcburdur. O da hansı meyvə sortunu pula çevirə bilirsə, onu əkir. Məsələn, şimal bölgəsində gilas bağlarının sayı ildən-ilə artır. Çünki gilasa tələbat çoxdur. Amma alma elə deyil. Şimal bölgəsində təxminən 15-16 min hektar damcı suvarma sistemi ilə suvarılan, müasir texnologiya ilə işləyən şirkət bağları mövcuddur. Onların yetişdirdiyi almaların keyfiyyəti, standartı yüksəkdir. Fermerlərin yetişdirdiyi almalara isə tələbat yoxdur. Ona görə də məcburdurlar ki, almanı çıxarsın, daha çox gəlir gətirən meyvəni əksin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1057   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal - Şirkət Taleh Heydərovun adını hallandırır

Tibbi, estetik və dental avadanlıqlarının satışını həyata keçirən "İnex" şirkətindən epilyasiya cihazı alan lazeroloqlar aldadıqlarını iddia edir. Beyləqan rayonunda fəaliyyət göstərən lazeroloq Mədinə Əsədzadə Qaynarinfo-ya bildirib ki, "İnex" şirkətindən kredit yolu ilə 65 00 manat

23 aprel
.

Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz"

Azərbaycanın bir qrup QHT nümayəndəsi "X" platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlər səsləndirmiş Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaniyə açı

25 aprel
.

Burnu sınan xadiməyə görə mərkəz direktoru cərimələndi

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbəri xadiməyə görə cərimələnib. Qaynarinfo-nun məlumatına görə, bir müddət əvvəl Milli Oftalmologiya Mərkəzində M.N. adlı xadimə iş zamanı yıxılaraq burnu sınıb. Xəsarət alan xanımın təzyiqi də qalxıb. O, Təcili və Təxirəsalınmaz Tibbi Yardım vasitəs

23 aprel
.

Azərbaycanda internet BAHALAŞDI - YENİ QİYMƏT

Bəzi mobil operatorlar internet paketlərinin qiymətlərinə artım tətbiq edib. Məsələn, 11 manatlıq paketlərin 13 manata yüksəldiyi bildirilir. Eyni zamanda, sabit internet tariflərinin də bahalaşacağı ilə bağlı iddialar yayılıb. Qiymət artımının səbəbi nədir?. -a danışan "ITStation" şirkətini

25 aprel
.

Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər açıqlandı

Mənzil təminatı sahəsində tətbiq olunan yeni sosial yanaşmalar cəmiyyətdə geniş müzakirələr doğurub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyaya aid vətəndaşlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilirlər. Bəs kimlər dövlət hesabına mənzil ala bilər?. xəbər verir ki, məsələ ilə bağlı hüquqşüna

25 aprel
.

Bakının mərkəzində tikinti həyata keçirən MTK-dan ŞİKAYƏT (VİDEO)

Bir ailənin 7 üzvü evsiz qalıb.Nə kirayə pul ödənilir, nə də kompensasiya verilir. xəbər verir ki, 2021-ci ildə Nəsimi rayon Azadlıq prospekti 104 ünvanındakı çıxarışlı mənzilinin və mağazasının söküldüyünü iddia edən vətəndaş deyir ki, düz üç ildir "Olympus Park" tikinti şirkəti ona verilə

24 aprel
.

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edildi

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, xidmətdən daxil olan və Baş prokuro

24 aprel
.

CineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO

"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında musiqi, üslub və təkrarsız enerji ilə dolu bir axşam baş tutdu. Bu möhtəşəm tədbir dünya səhnəsinin əfsanəsi Maykl Cekson haqqında çəkilmiş, böyük maraqla gözlənilən "Maykl" bioqrafik filminin düny

24 aprel
.

Həftəsonu bu küçələrdə HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün həftəsonu daha 3 ünvanda təmir işləri aparacaq. Agentliyə istinadən xəbər verir ki, təmir aşağıdakı ünvanları əhatə edəcək:. 1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova - Füzuli küçələri arası). 2. Rəşi

24 aprel