Lerikdə kobud qayda pozuntularına yol verən sürücülər aşkarlanıb - FOTO
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hadisələrinin qarşısının alınması məqsədilə Lerikdə dövlət yol polisi əməkdaşları tərəfindən profilaktiki nəzarət tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərlə bağlı keçirilən profilaktik tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən, yükdaşıma və sərnişindaşıma qaydalarını pozanlar, həmçinin ixrac etdikləri qazların tərkibindəki zərərli maddələrin miqdarı normadan artıq olan avtomobillər aşkarlanıb.
Profilaktik tədbirlər zamanı həmçinin dayanma-durma qaydalarını pozaraq digər nəqliyyat vasitələri və piyadaların hərəkətinə maneə yaradan sürücülər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dörd qanun ləğv ediləcək
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Bakının bu rayonunda su olmayacaq