Bəstəkar icra başçısı və naziri "ağac soyqırımı"nda günahlandırır

Bəstəkar icra başçısı və naziri "ağac soyqırımı"nda günahlandırırŞikayətçi: "Ağacların kəsilməyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. İlham Əliyevin "ağacların kəsilməsi qadağandır" tapşırığına məhəl qoyulmur"

Bəstəkar Lalə Cəfərova yaşadığı həyətdə ağacların özəl şirkət tərəfindən qanunsuz kəsilməsinə görə Nizami Rayonu İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində olsa da, bu qurumlar "ağac "soyqırımı"nı durdurmaq istəmir.

O, Bakının Nizami rayonunda ağacların kəsilməsindən şikayət edir.

Şikayətçinin sözlərinə görə, özəl şirkət öz maddi maraqlarını həyata keçirmək üçün ərazidə ağac "soyqırımı" həyata keçirir. Buna da Nizami Rayonu İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi biganə qalır.

"Mən Lalə Cəfərova Tahir qızı Bakı şəhəri, Nizami rayonu Tofik Abbasov 83, mənzil 4 ünvanında yaşayıram. Yaşadığım binanın plana getməsi ilə əlaqədar "Global Engineering & Technology" MMC özəl şirkəti tərəfindən nümayəndələr, 36 ailədən ibarət​ üç binanın sökülməsi ilə əlaqədar, biz sakinlərə artıq bir ildir ki, təzyiq göstərirlər. Bununla əlaqədar mən Az.Respub. Döv. Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin, Memarlıq və Şəhərsalma idarəsinin rəisi Read Qasımovun qəbulunda oldum. 11 may, 2023 ildə mənə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən mənə cavab məktubu gəldi. Məktubun məzmununda adı çəkilən şirkətin rəylər almadığına görə Baş İdarə tərəfindən tikintiyə icazə verilməməsi yazılmışdı. ​Bildirmək istəyirəm ki,​ 19.10.2013 tarixdə bu şirkət tərəfindən bir neçə ağac yenidən kəsildi. Qeyd edim ki, aprel- may aylarında da bir neçə ağac kəsilmişdi. Bu haqda televiziya kanalinda xəbərlərdə də məlumat getdi və bildirildi ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi adı çəkilən şirkəti ağacları kəsdiyi üçün məhkəməyə verib", - Lalə Cəfərova "Poliqon.info"ya deyib.

Şikayətçi deyir ki, icra hakimiyyəti ölkə başçısının tapşırığına əməl etmir: "İndi isə ağacların kəsilməsi ilə əlaqədar mən İcra Hakimiyyətinə, Ekologiya Nazirliyinin Ekspert şöbəsi, təhlükəsizlik xidməti, şöbə müdiri Fariz Qasımov və aparıcı müfəttiş Emin Hüseynli ilə telefon əlaqəsi qurdum. Bu qurumların rəsmiləri mənə dedilər ki, ağacların kəsilməyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. Deməli​, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "ağacların kəsilməsi qadağandır" sərəncamına heç kəs məhəl qoymur.​ Bu məsələ ilə əlaqədar video materiallar var. Xahiş edirəm ki, bu məsələnin araşdırasınız!".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə "Global Engineering & Technology" MMC şirkətinin Nizami rayonu, Tofik Abbasov 83, ünvanında ağacların qanunsuz kəsməsi ilə bağlı araşdırma apardığını deyib. Lakin araşdırmanın nəticələri barədə əlavə məlumat verilməyib.

Nazirlik bildirib ki, məsələ araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1253   Tarix: 23 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar

Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların

2 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?. Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyalar

2 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr