"Qarabağda qalan ermənilər ağıllı insanlardır" - Elman Nəsirov

"Qarabağda qalan ermənilər ağıllı insanlardır" - Elman Nəsirovİstiqamət: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Azərbaycan keçirdiyi antiterror əməliyyatının nəticəsində Qarabağa tam nəzarəti ələ keçirdi. Erməni əsilli Qarabağ sakinləri oranı tərk etsələr də, bir çoxunun Azərbaycana qayıdıb vətəndaşlıq alması gözlənilir.

Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını qoruyacağını bildirir.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan çoxmillətli dövlətdir və dövlətimizin bütün vətəndaşları bərabər hüquqlara malikdir. Qarabağda yaşayan ermənilər eyni hüquqlara malik olacaqlar.

Deputat vurğulayıb ki, Qarabağda qalan ermənilər ağıllı insanlardır və onlar müqayisə etməyi bacarırlar. Onlar bilirlər ki, Azərbaycan vətəndaşlığını qəbul etmək onların və uşaqlarının gələcəyi üçün olduqca vacibdir:

"Qarabağda yaşayan bütün ermənilərə Azərbaycanın təklifi ondan ibarət oldu ki, tərk etməsinlər, yaşasınlar, Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Ancaq məsuliyyət onların öz boynuna düşür. Ermənilərin böyük bir hissəsi Qarabağı tərk edib. Onlar özləri də etIraf edib ki, könüllü tərk ediblər. Ermənistan rəhbərliyi bunu manipulyasiya etmək istəyir,amma gecdir. Artıq BMT-nin missiyası da təsdiqlədi ki, heç bir təzyiqdən söhbət gedə bilməz. Hər bir erməninin Qarabağı tərk etməsi könüllü olaraq baş verib. Qarabağda qalan ermənilər var. Onların niyyəti Azərbaycan vətəndaşlığını qəbul etməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə söyləyib ki, onlar bizim vətəndaşlarımızdır. Onlar bütün hüquqlarla təmin olunacaqlar. Azərbaycan çoxmillətli dövlətdir və dövlətimizin bütün vətəndaşları bərabər hüquqlara malikdir. Qarabağda yaşayan ermənilər eyni hüquqlara malik olacaqlar. Azərbaycan Prezidentini dünyada sözü və əməli üst-üstə düşən, sözü də imzası qədər güclü bir şəxs kimi tanıyırlar. Azərbaycan demokratik inkişaf yolu seçmiş dövlətdir. Bu dövlətdə multikultural dəyərlər hakim mövqedədir. Azərbaycan bu gün dünyada multikulturalizmin ən mühüm mərkəzlərindən hesab olunur. Məsələyə bu məntiqlə yanaşdıqda çoxmillətlilik Azərbaycanın zənginliyidir və gələcəyimizin təminatıdır. Bu, həm dövlət siyasəti, həm ictimai sifarişdir, tarixdən bizə gələn adət-ənənədir. Bu qənaətə gəlmək olar ki,Qarabağda qalan ermənilər ağıllı insanlardır və onlar müqayisə etməyi bacarırlar. Onlar bilirlər ki, Azərbaycan vətəndaşlığını qəbul etmək onların və uşaqlarının gələcəyi üçün olduqca vacibdir .Hesab edirəm ki, bu seçimi də edəcəklər".

Qeyd edək ki, Qarabağda 10000 erəni sakin tərk edib. Hazırda 50-1000 erməninin qarabağda qaldığı bildirilir.

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Qarabağda qalan ermənilər ağıllı insanlardır" - Elman NəsirovŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1620   Tarix: 23 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr