Məktəbin qarşısında qızlara əxlaqsız təkliflər edən cəzalandırıldı
Bu ilin mart və may aylarında Bakının Sabunçu rayonundakı məktəblərdən birinin qarşısında şagirdlərə əxlaqsız təkliflər edən taksi sürücüsü cəzalandırılıb.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılmış 1977-ci il təvəllüdlü Bəxtiyar Quliyevə (şərti) hökm oxunub. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 3 ay müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, icarəyə götürdüyü "Toyota Prius" markalı avtomobillə taksi fəaliyyəti göstərən Bəxtiyar ilk dəfə martın əvvəllərində məktəbin qarşısına gəlib. O, avtomobildən düşmədən 2010-cu il təvəllüdlü şagirdi pəncərədən çağırıb, ona qeyri-etik təkliflər edib.
Növbəti dəfə o, mayda həmin məktəbin önünə gəlib və yenə maşından enmədən 2008-ci il təvəllüdlü şagirdə əxlaqsız təkliflər edib. Birinci hadisədə 13 yaşlı qız qorxaraq qaçıb. May ayında baş verən hadisə zamanı isə 9-ci sinifdə oxuyan qız qışqıraraq haray salıb və hadisə barədə yaxınlarına məlumat verib.
Bundan sonra axtarış tədbirləri həyata keçirilib və Bəxtiyar Quliyevin şəxsiyyəti müəyyən edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1382 Tarix: 23 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabr