Ermənistan və Fransanın müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə edəcək
Ermənistanın müdafiə naziri Suren Papikyan və onun fransalı həmkarı Sebastien Lekornu Fransada keçirəcəkləri görüşdə hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Sonxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
"Müdafiə naziri Fransada rəsmi səfərdədir və həmkarı ilə görüşəcək", - deyə parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan jurnalistlərə Papikyanın səfəri və silah tədarükü sazişinin mümkün imzalanması ilə bağlı sualı cavablandırıb.
"Bu görüşdə çoxsaylı məsələlər müzakirə olunacaq və hərbi əməkdaşlığın müəyyən elementləri müzakirə olunacaq.İstənilən dövlət əməkdaşlıq dairəsini artırmalı, siyasi məsələlərə dostlarını da daha çox cəlb etməlidir. 44 Günlük Müharibə bir işarə idi ki,bütün bu platformalarda ciddi iş görməliyik və təkcə dostlarımız yox, həm də ilk növbədə təhlükəsizlik mühitimizi daha inklüziv etməyə yönəlmiş münasibətlərimiz olmalıdır. Ölkəmizin sabitliyi ilə bağlı bütün məsələlər öz düzgün həllini tapsın/", - Köçəryan əlavə edib.
Fransanın müdafiə naziri daha əvvəl "Le Parisien" qəzetinə bildirib ki, Ermənistan və Fransa hərbi təchizatla bağlı saziş imzalayacaqlar. Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, saziş Ermənistana öz hava məkanının mühafizəsini təmin etməyə imkan verəcək.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1073 Tarix: 23 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabr