AIMC "Rebuild Karabakh - 2023" sərgisində iştirak edib
"Azerbaijan Mining International Company Limited" (AIMC) Bakı Ekspo Mərkəzində keçirilən 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisində iştirak edib.
Sərgidə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən geniş abadlıq-quruculuq tədbirləri ilə bağlı yerli və xarici şirkətlər, dövlət qurumları tərəfindən müxtəlif guşələrdə təqdimatlar edilib, mövcud məhsul və xidmətlər sərgi iştirakçılarının diqqətinə çatdırılıb.
Sərgi iştirakçıları AIMC-nin Azərbaycandakı fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlər, korporativ sosial məsuliyyət layihələri və ölkə iqtisadiyyatının inkişafı üzrə gələcək planları, ölkə iqtisadiyyatına gələcək investisiyaları və digər məsələlərlə yaxından tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, sərginin əsas hədəfi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin işğaldan azad edilmiş ərazilərin inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirakını təmin etməkdir.
Xatırladaq ki, sərgidə 2-ci ildir ki, iştirak edən AIMC Azərbaycanda qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ABŞ-ın RV Investment Group Sevrvices LLS" şirkəti arasında 1997-ci il avqustun 20-də imzalanmış hasilatın pay bölgüsü haqqında Sazişə və ona 20 iyun 2022-ci il tarixli Dəyişikliyə əsasən Zəngəzur iqtisadi zonasında yerləşən işğaldan azad edilmiş Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal yataqlarının kəşfiyyatı və işlənməsi hüququna sahibdir.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 761 Tarix: 23 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabr