"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq" - Deputat

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq" - DeputatAzərbaycanla Ermənistan arasında sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qələbəmizə sistemli hücumlarını 10 dəfə artıran Avropa mediasının önündə gedənlərdən biri - Almaniyanın "Die Welt" nəşri "Qəzzanın kölgəsində-növbəti müharibə təhlükəsi haradır" adlı avantürüst məqalə ilə çıxış edib: "Görünən odur ki, ölkəmizə qarşı mövqeyini kəskin dəyişən hazırkı alman hökuməti Cənubi Qafqazda düşmənçilik erasının bitməsini istəmir. "Die Welt" qəzetinin 2023-cü ildə erməni-azərbaycanlı münaqişəsinə həsr etdiyi 54 məqalənin əksəri qızışdırıcılığa, dövlətimizi ləkələməyə, onu islam ölkəsi kimi milli və dini baxımdan təkləməyə xidmət edir. Sən demə, Azərbaycan ordusu dünyanın diqqətinin Qəzza bölgəsinə yönəlməsinə görə İrəvana hücum edəcək, Zəngəzur dəhlizini hərbi yolla tutacaq".

Deputat bildirib ki, avropalı məmurların məqsədi ölkəmizə "işğalçı" ləkəsi vurub qalib dövlətə nüfuz itkisi yaşatmaq, sanksiyalara məruz qoymaq, NATO-nun zirehi altında erməniləri Qarabağa zorla qaytarmaqdır: "Halbuki, Prezident "Zəngəzur dəhlizində hərbi planımız yoxdur" dedi, tarixi torpaqlara dinc qayıdışdan bəhs etdi. Xankəndinin Zəfər meydanında ölkə başçısı ermənilərlə ayrı-seçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənc nəslə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı. Necə olur ki, "Die Welt" nəşri, faşist təmayüllü Annelina Berbok bunları görmür".

Milli Məclisin üzvü xatırladıb ki, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, biz Qərbi tanımalı və tanıtmalıyıq: "Bəli, 70 ildir Türkiyəni Osmanlı xofu ilə Brüsselin qapısında saxlayanlar Ermənistanın baş nazirini Avroparlamentdə ayaqüstə alqışlayır, Qafqazın "demokratiya mayakı" adlandıraraq 30 illik işğala haqq qazandırır, müharibədə "qurban gedən və Qərbin forpostu, məzlum erməni xalqı" obrazını formalaşdırır. Bəs, dünyada ədaləti təmin edən qalib Azərbaycan liderini Brüsselin titullu salonlarında niyə dinləmirlər. Çünki Ermənistanla birlikdə özlərini də məğlub sayırlar. Ona görə də sülh müqaviləsi Avropa paytaxtlarında imzalanmayacaq. Ermənistana 2.6 milyardlıq yardımı üç dəfə artırsalar da, faydası yoxdur".

Z.Oruc vurğulayıb ki, Azərbaycan və Türkiyənin birgə son hərbi təlimləri İrəvana hücum planı deyil, regiona beynəlmiləl statusda gəlməyə çalışan və hərbi bazalarını Zəngəzurda yerləşdirmək istəyənlərə qarşıdır: "Qafqazda sülhü Türkiyənin, Rusiyanın, İranın, Ermənsitanın və Gürcüstanın əlindən alıb dövlətləri bir-birinə qarşı silahlandırmaq istəyən məhz Qərb dairələridir. Brüsseli siyasi Məkkəyə çevirənlər Ukraynaya hücum edən Rusiyadan danışıb, Amerikanın İraqı, Əfqanıstanı, Suriyanı işğal etməsini görmürlər. Strasburqun zahiri parıltılı demokratiya binaları mahiyyətcə imperializmin bir parçasıdır. Niyə o binalarda bircə dəfə Poloneziyada keçirilən 220 nüvə sınaqlarına yer verilməyib. Yoxsa onlar insan deyil? Ona görə "Die Welt" nəşri "Qarabağın kölgəsində: Qəzzaya sülhü necə aparmalı" adlı məqalə ilə çıxış etsin, dünyaya ədalətli sülh gətirən Azərbaycanı Yaxın Şərqə nümunə göstərsin. Əlbəttə, 3-cü Reyxin varislərinə bu sərfəlidirsə".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 953   Tarix: 24 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri

24 iyun