"Qərb dövlətlərinin Parlamentlərinin bəyanatları Avropa Şurası və Fransanın izi özünü açıq göstərir" - ŞƏRH
"Bir neçə gündür Ermənistan rəsmiləri ard-arda Qarabağdan onların təhriki ilə çıxmış ermənilərə təzminat verilməsi ilə bağlı bəyanatlar verirlər. . Məlun olduğu kimi, Qarabağdan çıxan ermənilər özləri dəfələrlə bəyan etdilər ki, onlara Qarabağdan çıx deyilib ona görə onlar bu əraziləri tərk ediblər".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, burada digər diqqət çəkən məsələ Qərb dövlətlərinin Parlamentlərinin ard-arda Azərbaycan əleyhinə bəyanat vermələridir. Burada da Avropa Şurası və Fransanın izi özünü açıq göstərir.
"Heç şübhəsiz ki, bu məsələdə birmənalı olaraq heç kimin Azərbaycanı günahlandırmağa haqqı yoxdur. Təzminata gəldikdə isə onu Azərbaycan yox Ermənistan verməlidir. 10.000 km ərazidəki bütün infrastrukturu, mədəni irsi dağıtdığına görə. Azərbaycan bu ərazilərin həqiqi sahibi kimi, azad etdiyi ərazilərdə hər şeyi olduğu kimi qoruyur və qoruyacaq. Kiminsə bunu bizə deməsinə ehtiyac yoxdur.
Burada yenə belə bir haqqlı sual yaranır. Niyə həmin bu dövlətlər Azərbaycana qarşı eyni münasibəti sərgiləmirlər? Ermənilər işğal etdikləri rayonlarımızda bütün dini abidələri dağıdıblar. Buradakı muzeylərdə olan tarixi abidələri Ermənistana və Avropaya daşıyıblar. Şuşa xalçalarını Ermənistanda erməni xalçası kimi təqdim ediblər. Görünür yalançı xristian təəssübkeşliyi buna imkan vermir?
Ermənilər tarixi Azərbaycan torpaqlarındakı həmin avropalıların da din qardaşı olan albanların yüzlərlə kilsə və tarixi abidələrini dağıtmış və ya saxtalaşdırıblar.
Biz hələ 8-ci əsrdə ermənilərin albanlara qənim kəsilərək həmin dövrdə erməni keşişin ərəb xəlifəsinə alban din xadimindən şikayət etdiyini və məktub ünvanladığını yaxşı xatırlayırıq. Məhz ermənilərin təhriki ilə 1836-cı ildə sinodun qərarı ilə Alban Apostol Kilsəsi ləğv olunaraq onun bütün mədəni irsi erməni kilsəsinə verildi.
Bu gün Qarabağdakı tarixi kilsələrin hamısı albanlara aiddir, ermənilərə aidiyyatı yoxdur. Ermənistanın havadarları narahat olmasınlar. Onlar bizim abidələrdir. Tarixən olduğu kimi bu gün də biz o abidələrin həqiqi varisləri kimi onları qoruyacağıq.
Burada düşünürəm həmin Qərb dairələri Ermənistandan hesabat istəməlidirlər ki, onlar niyə bu abidələrə qənim kəsilərək onları dağıdıb və ya saxtalaşdırıblar. Burada təzminatı Azərbaycan yox Ermənistan verməlidir həm də albanların pozulmuş hüquqlarına görə".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dörd qanun ləğv ediləcək
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı