"3+3" formatında görüşün ciddi nəticələrə nail olduğunu söyləmək çətindir" - Politoloq
Tehranda Azərbaycan,İran,Türkiyə,Ermənistan,Rusiya xarici işlər nazirlərinin iştirakı ilə "3+3" formatında görüş keçirilib.
Politoloq Qabil Hüseynli Sonxeber.az-a bildirib ki, görüşün ciddi nəticələrə nail olduğunu söyləmək çətindir.
O bildirib ki,Qərb ölkələri İran və Rusiyanın regionda münsif kimi iştirak etməsini istəmirlər:
"3+3" formatı hələki Gürcüstansız işləyir. Gürcüstan bu formata qoşulmaqdan yenə də imtina etdi. Ermənistanın orada iştirakı sırf formal xarakter daşıyır. Çünki Ermənistan sülhyaratma prosesinin Qərbin əli ilə həyata keçirilməsini istəyir. Amma İranla münasibətlərinin pozulmaması üçün bu görüşdə iştirak edir. Hələki bu format Tehranda 2-ci iclasını keçirirdi. Əsəsən regional problemlərin həlli gözlənilirdi. Qərb ölkələri İranın regional proseslərdə münsif kimi iştirak etməsini istəmirlər. Onun sülhyaratma prosesinə qatılması Qərb tərəfindən normal qarşılanmır. Rusiyanın da təcrid edilməsi siyasətini yürüdən Qərb Rusiyanın da iştirakını normal hesab etmir. Bu toplantının ciddi nəticələrə nail olduğunu söyləmək çətindir. Görünür, Gürcüstansız da "3+3" deyil, "2+3" formatında görüşün həyata keçirilməsini təmin edəcəklər. Gürcüstan mövqeyini şərh edib ki, ərazini işğal edən dövlətin iştirakı olan toplantıda təmsil olunmayacaq. Amma Gürcüstan Qafqaz ideyasına, Azərbaycan, Ermənistan, Gürcüstanın iştirakı ilə bölgənin problemlərinin həllinə razıdır".
Qeyd edək ki, Tehranda "3+3" formatında danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Minimum əmək haqqı nə zaman artırılacaq?
Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı
Bu ərazidəki 22 ev söküləcək: Sakinlərə kompensasiya veriləcək
Rayonlarda intensiv yağış, qar yağacaq, dolu düşəcək
Bu şəxslərə hər ay 1000 manat mükafat veriləcək
Qəzada həlak olan 6 azərbaycanlının kimliyi bilindi - Foto
Boşanmalar niyə artır? - SOSİOLOQLAR AÇIQLADI
May pensiyaları ödənildi
Müəllimin dərs zamanı geyimini görənlər şok olur - VİDEO
Bibərin yanında qətiyyən əkilməyəcək bitkilər: ən pis "qonşular"
Çində uşaq qaçırılması və orqan iddiaları: sosial şəbəkələrdə yayılan görüntülər müzakirə yaratdı - VİDEO
"Gənclik"dəki tuneldə ağır qəza - Yaralılar var - Video
Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
Gənc qız müəlliminin əlindən qurtulmaq üçün çılpaq halda özünü binadan atıb
3 cəzanı eyni anda aldı - Məbləğ dodaq uçuqlatdı