Ekspert "WhatsApp"ın təhlükəli versiyaları barədə xəbərdarlıq edib
24 oktyabr 2023-cü il tarixindən etibarən "WhatsApp" "Android" 4.4 və bu nəsil əməliyyat sisteminin (ƏS) daha köhnə versiyaları ilə işləyən smartfonlarda dəstəklənməyəcək. Bu məhdudiyyəti aradan qaldırmaq yollarından biri kənar tərtibatçılardan qeyri-rəsmi mesencer proqramını quraşdırmaqdır, lakin bu üsul insanların ödəniş və digər şəxsi məlumatlarını itirməsi ilə nəticələnə bilər.
Bu barədə informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış rusiyalı mütəxəssis Pavel Kuznetsov məlumat verib.
"Əlbəttə, ən yaxşısı köhnəlmiş smartfondan tamamilə istifadə etməməkdir. Ancaq bu mümkün deyilsə, o zaman sizə iki tövsiyə verə bilərəm. Birincisi, qorunma vasitələrindən, məsələn, mobil antiviruslardan istifadə etməkdir. İkincisi, "rəqəmsal gigiyena" qaydalarına riayət etməkdir. Əməliyyat sisteminin köhnəlməsi kontekstində bu tövsiyə ilk növbədə rəsmi proqramların istifadəsinə aiddir. İstər "WhatsApp" olsun, istərsə də digər onlayn xidmətlər", - deyə ekspert əlavə edib.
Bir insanın yeni smartfonu olmasa belə, yəqin ki, kompüteri var. Kuznetsov hesab edir ki, "WhatsApp"ın brauzer versiyasını işlətmək naməlum mənbədən yüklənilən proqramdan daha təhlükəsizdir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 582 Tarix: 25 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabrXəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA
Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin
2 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabrBakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr