"Azərbaycanın Brüssel görüşündən imtina etməsi öz dövlətçiliyinə, müstəqilliyinə hörmətdir" - Aydın Mirzəzadə
Azərbaycan Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında oktyabrın sonunadək Brüsseldə keçirilməsi planlaşdırılan görüşdən imtina edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Sonxeber.az-a bildirib ki, nəticəsi indidən Azərbaycanın maraqlarına cavab verməyən hansısa görüşdə iştirak etmək əlbəttə düzgün olmazdı. Azərbaycanın bu görüşdən imtina etməsini öz dövlətçiliyinə, müstəqilliyinə hörmətdir.
O qeyd edib ki, son dövrlərdə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən görüşləri təşkil edənlər bir qayda olaraq anti-Azərbaycan mövqeyindən çıxış edir:
"Bakı o zaman görüşlərə razılıq verir ki, o görüşlərdə sözün əsl mənasında konstruktiv danışıqlar gedir. Vasitəçilər isə hansısa tərəfi tutmayaraq neytral olur,beynəlxalq hüquq normalarını əsas götürürlər. Təəssüf ki, son dövrlərdə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən görüşləri təşkil edənlər bir qayda olaraq anti-Azərbaycan mövqeyindən çıxış edir. Digər tərəfdənsə, görüşləri təşkil etməyə çalışırlar. Bu, onu göstərir ki, onlar münasibətlərdə səmimi deyillər. Azərbaycanı maraqlarına zidd olan qərarlar qəbul etməyə məcbur etmək istəyirlər. Nəticəsi indidən Azərbaycanın maraqlarına cavab verməyən hansısa görüşdə iştirak etmək əlbəttə düzgün olmazdı. Azərbaycanın bu görüşdən imtina etməsini öz dövlətçiliyinə, müstəqilliyinə hörmət kimi qiymətləndirirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb