"Azərbaycandan başqa heç bir dövlətin Qarabağa dair maraqları reallaşa bilməz" - DEPUTAT
Azərbaycan Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında oktyabrın sonunadək Brüsseldə keçirilməsi planlaşdırılan görüşdən imtina edib.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, növbəti Brüssel görüşü baş tutmayacaq:
"Bunun səbəbi cənab prezidentin bu görüş üçün vaxtının olmamasıdır. Düşünürəm ki, bu bir növ Brüssel görüşün vasitəçi və tərəflərinə vaxt verilməsi kimi də qiymətləndirilməlidir. Çünki Azərbaycan tərəfi heç bir halda Fransanın vasitəçiliyini obyektiv qiymətləndirmir. Fransa 30 il müddətə yaxın ATƏT-in Minsk qrupu olaraq böyük bir fəaliyyətsizlik, qeyri-konstruktiv mövqe nümayiş etdirdi. Bütün bu prosesləri nəzərə alaraq Azərbaycan Fransanın bu məsələdə obyektiv olacağına inanmır. Həm görüşdə niyə məhz ermənipərəst vasitəçilər iştirak etsin, bir halda ki Azərbaycan tərəfi bütün görüşlərdə öz iradəsi daxilində iştirak edir. Dövlət başçısının uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan xalqı qürurla yaşayır. Zənnimcə, bundan sonrakı proseslərdə cənab prezidentin iradəsi ilə dövlətimizin mənafeləri milli maraqlar baxımdan faydalı olacaq. Sonrakı proseslər haqqında ən aydın fikir olaraq onu deyə bilərəm ki, Azərbaycan prezidenti və diplomatiyası qalib olacaq. Azərbaycandan başqa heç bir dövlətin Qarabağa dair maraqları reallaşa bilməz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 603 Tarix: 26 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr