Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı alacaq şəxslərin hansı xərcləri qarşılanacaq?
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı alacaq şəxslərin hansı xərclərinin qarşılanacağı məlum olub.
Sonxeber.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı"nın verilməsi qaydasının və həmin təhsil qrantının məbləğinin təsdiq edilməsi haqqında qərarda əksini tapıb.
Belə ki, təhsil qrantı Azərbaycan Respublikasının hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir. Proqram çərçivəsində ödənişlər bu məqsədlə dövlət büdcəsindən ayrılan və Elm və Təhsil Nazirliyinin müvafiq ali təhsil müəssisəsinə köçürdüyü vəsait hesabına həyata keçirilir.
Həmçinin təhsil haqqı ilə bağlı xərclərə təhsil dövrü üçün bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlıq kursları üzrə xərclər, həmçinin doktorantura səviyyəsi üçün təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlıq kursları üzrə xərclərlə yanaşı, elmi tədqiqat xərcləri aiddir.
Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının ildə bir dəfə (tədris ilinin əvvəlində Azərbaycan Respublikasına gəliş və tədris ilinin sonunda gediş) Azərbaycan Respublikasına gəlişi və gedişi üçün beynəlxalq reyslər üzrə təyyarə biletinin ("ekonom sinif" üzrə bir baqaj xərci ödənilməklə) alınması xərcləri aiddir.
Eyni zamanda aylıq təqaüd xərcləri proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, ictimai nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə və kommunal xərclərini əhatə edir. Bu xərclər proqram iştirakçısı Azərbaycan Respublikasına daxil olduqdan etibarən təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Aylıq təqaüdlər Azərbaycan Respublikasında 4 ali təhsil pilləsinin təhsil səviyyələri üzrə bəzi hallar istisna olmaqla hər tədris ili ən çoxu on ay olmaqla ödənilir.
Tibbi yardım xərclərinə isə proqram iştirakçısına Azərbaycan Respublikasında təhsil aldığı müddətdə göstərilən tibbi xidmət və dərman alınması xərcləri daxildir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda dörd qanun ləğv ediləcək
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı