"Vitali Balasanyanı son variant kimi Paşinyanı devirmək üçün istifadə etməyə cəhd edəcəklər" - EKSPERT
Xəbər verdiyimiz kimi, Ermənistan İstintaq Komitəsi Xankəndidəki qanunsuz rejimin "keçmiş təhlükəsizlik şurasının katibi" Vitali Balasanyana qarşı qanunsuz silah saxlama maddəsi ilə cinayət işinin başlandığını elan edib.İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib ki, V.Balasanyan "Makarov" tapançasını təhvil verib. Bəs Vitali Balasanyan niyə İrəvanda həbs olunmağı seçdi? Xocalının əli qanlı qatili Azərbaycana necə təhvil veriləcək?
Bununla bağlı BiG.AZ-a danışan Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, məhkəmənin qərarlarına əsasən bir çox cinayətkarlar ələ keçirildi və Vitali Balasanyanda Azərbaycana gətiriləcək:
"Azərbaycan beynəlxalq hüququn şərtlərini özü yerinə yetirdi, separatçıları bölgədən təmizlədi. 44 günlük Vətən müharibəsində Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirərək torpaqların işğaldan azad etdi. Məhkəmənin qərarlarına əsasən bir çox cinayətkarlar ələ keçirildi. Vitali Balasanyanda gətiriləcək. O Ermənistanda özünü "qəhraman" kimi xarici qüvvələr ilə haralara işlədiyi hər kəsə bəllidir. Balasanyan aralarından əmr alaraq "qəhrəman" olub, Paşinyanı devirib hakimiyyətə gəlmək istəyən qruplaşmanın əsas simalarından biridir. Qarabağda bir çox cinayətlərin törədilməsində bu adamın əli var. Balasanyan Qarabağda ən böyük iştirakçı, təşkilatçı, şahidlərdən biridir".
Ekspert qeyd edib ki, gec-tez Vitali Balasanyan Sarkisyan və Köçəryanla birlikdə Azərbaycana gətiriləcək: "Balsanyan Qarabağdan çoxdan qaçıb getmişdi. Laçın sərhəd buraxılış məntəqəsi qurulmamışdan əvvəl getmişdi. Orada gizlənərək bəyanat verirdi ki, "Mən Qarabağdayam". Bu boş söhbətdir. Hazırda indi Ermənistanda müəyyən hərəkətlər edir. Ona görə tutulub ki, müəyyən milliyyətçi kəsimin liderinə çevrilib. Gələcəkdə hakimiyyətə gəlmək istəyən Koçəryan, Sarkisyan komandasına daxil olub, yaxud bu işə yaramasa indiki variantdan istifadə edəcəklər".
Emin Həsənli bildirib ki, vaxtında qanunsuz rejimin "dövlət naziri" və milyarderi son dönəm bura gətirən qüvvələr Qarabağda qəhramana çevirib Ermənistana aparmaq istəyirdilər: "Necə ki, vaxtında Köçəryan, Sarkisyan eyni xəttlə gedib. Xocalı qatilləri Ermənistan prezidentləri olmuşdu. Vitali Balasanyandan da Sarkisyan, Köçəryan heç biri ümidləri doğrultmayıb. Son variant kimi Paşinyanı devirmək üçün istifadə etməyə cəhd edəcəklər. Yaxın zamanlarda Ermənistanda olan cinayətkarlar Azərbaycana təhvil veriləcək. Ermənistan Azərbaycanla sülh bağlasa onlar bunu etməyə məcburdur. Bu şəxslər məhkumdur və Ermənistan bu cinayətkarları Azərbaycana verməyə məcbur olacaq".
Qeyd edək ki, Qor Abramyan faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə) ilə iş açıldığını deyib.Ermənistan qanunvericiliyinə görə, bu maddə ilə azadlıqdan məhrum etmənin maksimum müddəti üç il təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb