"Veysəloğlu" "Jardin" markasını Azərbaycana gətirdi
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Veysəloğlu Distribusiya" şirkəti Azərbaycan bazarına yeni təbii qəhvə markası təqdim edib. Efiopiya, Braziliya və Kolumbiyadan seçilmiş mono və müxtəlif qitələrdə yetişdirilən "Arabica" sortlarının mükəmməl qarışığı olan "Jardin" məhsulları bu aydan etibarən marketlərdə satışdadır.
"Jardin" Rusiyanın isti içkilər üzrə bazar liderlərindən olan "Orimi" Şirkətlər Qrupuna məxsusdur. "Orimi" qəhvə zavodu 2019-cu ildə istifadəyə verilib və FSSC 22000 beynəlxalq keyfiyyət standartına malikdir. Müəssisə dünyanın aparıcı şirkətlərinin ən son avadanlıqları və qabaqcıl texnologiyaları ilə təchiz edilib və 50-dən çox qəhvə çeşidi istehsal edir. "Jardin" markasının "Jardin Gold", "Jardin Americano", "Jardin Latte", "Jardin Mocaccino" və digər qəhvə çeşidləri mövcuddur.
29 ildir ki, fəaliyyət göstərən "Veysəloğlu Distribusiya" Veysəloğlu Şirkətlər Qrupunun təməl şirkətidir. Dünyanın bir çox tanınmış markalarının təmsilçiliyini almış şirkət hazırda 3500-dən çox çeşiddə məhsulun ölkəmizdə distribusiyasını həyata keçirir. Şirkətin Bakıda yerləşən baş ofisindən başqa, Mingəçevir və Salyanda regional ofisləri, 2000-dən artıq əməkdaşı var.
"Veysəloğlu Distribusiya" "Orimi" ilə əməkdaşlığa 2016-cı ildə başlayıb. Əməkdaşlıq çərçivəsində "Tess", "Greenfield", "ШАХ", "Принцесса Нури" və "Жемчужина Нила" çaylarının distribusiyası həyata keçirilir.
Ölkədə və regionda etibar qazanmış müasir şirkətlər qrupundan biri olan Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edir. Qrup müştəri ehtiyacına ən yaxşı şəkildə cavab verməyi hədəfləyib və ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün dəyər yaradır. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu "Best Managed Companies" müsabiqəsinin qaliblərindəndir.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 745 Tarix: 26 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu rayonunda su olmayacaq
Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir
1 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr