"Sülh müqaviləsi demək olar ki, hazır vəziyyətdədir" - Politoloq

"Sülh müqaviləsi demək olar ki, hazır vəziyyətdədir" - PolitoloqErmənistanın Baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində bir neçə aya İrəvanla Bakı arasında sülh sazişi imzalana biləcəyini deyib.

Politoloq Qabil Hüseynli Sonxeber.az-a bildirib ki, Ermənistan Azərbaycana Qarabağdan könüllü getmiş ermənilərin geri qayıtması üçün öhdəlik qoymasa, sülh müqaviləsi imzalamaq mümkündür:

"Zənnimcə, söylənilənlər həqiqətə yaxındır. Sülh müqaviləsi demək olar ki, hazır vəziyyətdədir. Ən prinsial məqamlar razılaşdırılıb. Sadəcə olaraq yüksək səviyyəli görüşdə bəzi məqamlar, məsələn, delimitasiya və demarkasiya məsələlərində fikir ayrılıqları var. Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşü zamanı bu prinsipial məsələlər də razılaşdırıla bilər və bütünlükdə sülh müqaviləsi imzalana bilər. Amma burada bir məqam var. Qarabağdan baş götürüb gedən ermənilərin geriyə qaytarılması haqqında bizə hansısa öhdəlik qoymamalıdılar. Qayıdan qayıdar, qayıtmayan qayıtmaz. Hər hansı beynəlxalq mexanizmə ehtiyac yoxdur.Ona görə sülh müqaviləsini ərazini öz xoşu ilə tərk etmiş erməni vətəndaşlarının geri qayıtması ilə əlaqələndirmək olmaz. Sülh variantına hər hansı "qaçqın"ın geri qayıtması məsələsini aid etməyə ehtiyac yoxdur. Əgər aid etməyəcəklərsə, bu məsələni obyektiv aparacaqlarsa, bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Ortaya yenə kələ-kötür məsələlər atacaqlarsa, ləngimə ola bilər. Güman edirəm ki, bu olmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1452   Tarix: 26 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr