"Ermənistan başa düşməlidir ki, Azərbaycan sülh prosesində maraqlıdır" - DEPUTAT

"Ermənistan başa düşməlidir ki, Azərbaycan sülh prosesində maraqlıdır" - DEPUTAT"Vətən müharibəsi başa çatdıqdan sonra sülh təşəbbüsləri məhz Azərbaycan tərəfindən başlanılıb və bu dövr ərzində rəsmi Bakı həmişə Qafqazda sülh, sabitlik və əməkdaşlıq perspektivlərinə sadiq qalıb, lakin ötən 3 il ərzində əvvəlki 30 illik dövrdə olduğu kimi Ermənistan davamlı olaraq özünün havadarlarına və həmin o havadarların qeyri-real vədlərinə güvənərək sülh prosesindən davamlı şəkildə yayınıb. Nəticə etibarilə Azərbaycan Vətən müharibəsindən sonrakı perioddakı cəza və antiterror tədbirləri ilə prosesin irəlilədilməsinə və sülhə, sabitliyə doğru qəti addımların atılması üçün mühitin formalaşdırılmasına nail olub".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az-a bildirib.

Deputat bildirib ki, bu dövr ərzində Azərbaycan və Ermənistan arasında məhz Azərbaycan Prezidentinin irəli sürdüyü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan 5 şərt istiqamətində Moskva, Vaşinqton və Brüssel platformaları çərçivəsində müzakirələr aparılıb.

"İlk dövrlərdə biz Brüssel prosesinin kifayət qədər uğurlu olması barədə düşünməyə başlamışdıq. Həqiqətən məhz Brüssel prosesi çərçivəsində Azərbaycan və Ermənistan arasında müəyyən dialoq mühiti inkişaf etmiş, Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərdə tanıyaraq ifadə etmişdi. Lakin sonrakı dövrdən, xüsusən ötən ilin oktyabrından etibarən Fransanın Brüssel prosesinə açıq müdaxiləsi, həmçinin bölgədə sülhə, sabitliyə təkzib olunmaz şəkildə zərər vuran davranışları, Avropa İttifaqının özünün bəzi addımları Brüssel prosesinin effektini azaltmağa başladı. Azərbaycanın özünün sərhəd bütövlüyünü təmin etməsi və ardınca bütün ərazilərində konstitusion quruluşun bərpa olunması fonunda Fransanın və Avropa İttifaqının bir çox strukturlarının xüsusilə radikal və qərəzli davranışları fonunda isə Brüssel prosesinin əsl mahiyyəti ümumiyyətlə, suallar doğrumağa başladı. Xüsusən Fransanın, Avropa İttifaqı Parlamentinin Azərbaycana münasibətdə açıq, qərəzli danışıqları Brüssel platformasını daha çox anti-Azərbaycan masasına çevrilməyə başladı ki, bunu da, təbii ki, Bakı qəbul edə bilməz.
Məhz bu kimi davranışlar fonunda, xüsusən Fransanın prosesə açıq müdaxilə cəhdlərini genişləndirmək niyyətini ortaya qoyduğu bir çağda, Azərbaycanın istəklərinin nəzərə alınmadığı situasiyada Bakı qısa müddət öncə keçirilmiş Qranada görüşündən imtina etdi. Biz aydın şəkildə Qranada görüşünün Ermənistanın lehinə, Azərbaycanın açıq formada maraqlarının hədəfə alındığı bir platformaya çevriləcəyini görürdük. Çox təəssüflər olsun ki, təşkilatçılar prosesin növbəti mərhələsində də Fransanın və digər qərəzli beynəlxalq subyektlərin prosesə müdaxilə elementlərini aradan qaldırmamaqla Brüssel prosesinin sonrakı mərhələlərini də indidən sual altına qoymuşlar və belə olan halda Azərbaycanın bu məzhəkənin bir hissəsi olmasına lüzum yoxdur. Bu gün Azərbaycan sülh prosesi ilə nail ola biləcəyi bütün üstünlükləri əldə edib, lakin biz bölgədə davamlı sülhün və əməkdaşlığın formalaşması üçün mütləq qaydada yeni düzənin formalaşmasını arzu edirik. Bu formata isə yalnız bölgə dövlətlərinin özlərinin iştirakı ilə, bölgədən çox uzaq güclərin prosesə müdaxiləsindən kənar şəkildə nail olmaq mümkündür. Qısa müddət öncə həyata keçirilən "3+3" platforması bu gün regionda sülh və əməkdaşlıq mühiti üçün daha ağlabatan mühit ehtiva edir. Bu mənada, hesab edirik ki, prosesi davamlı şəkildə pozan güclərin iştirakı ilə həyata keçirilən kənar platformalardansa, region dövlətlərinin özlərinin iştirakı ilə 3-lü, 6-lı və yaxud ən azından Azərbaycan və Ermənistanın özünün birbaşa ikili təmasları ilə daha ciddi nəticələrin əldə olunması mümkündür. Ermənistan başa düşməlidir ki, Azərbaycan sülh prosesində maraqlıdır, amma Ermənistanın ərköyünlüyünə tabe olub bu prosesdə davamlı olaraq hərəkətverici qüvvə kimi sonsuza qədər çıxış etmək niyyətində deyilik. Ermənistan özü də sülhə niyyətini əməli formada göstərməlidir. Bütün imkanlarda, bütün mümkün platformalarda Azərbaycana münasibətdə ittihamlar səsləndirərək sülhə sadiq qaldığını bəyan etməsi Ermənistanın riyakarlığıdır və bu çıxışlar, xüsusən Fransa-Ermənistan münasibətlərinin mövcud ritorikası, o cümlədən ötən gün Ermənistan xarici işlər nazirinin kanadalı həmkarı ilə birlikdə verdiyi bəyanatlar Ermənistanın əslində yenidən sülh imitasiya etdiyini və regionda əməkdaşlıq və sülh mühitinin formalaşmasında maraqlı olmadığını göstərir. Belə olan halda, təbii ki, Azərbaycan davamlı israr etmək niyyətində deyil. Ermənistan özünün düşdüyü vəziyyəti, günü-gündən dərinləşən dalan dövlət statusunu nəzərə alaraq bundan sonra sülhə nail olmaqda daha çox özü israrlı olmalıdır".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1191   Tarix: 26 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?. Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyalar

2 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr