"Fransa və Ermənistan arasında hərbi sazişin imzalanması Fransanın Cənubi Qafqazda riyakar niyyətinin göstəricisidir"-Tamam Cəfərova

"Fransa və Ermənistan arasında hərbi sazişin imzalanması Fransanın Cənubi Qafqazda riyakar niyyətinin göstəricisidir"-Tamam CəfərovaFransa və Ermənistan arasında hərbi sazişin imzalanması Fransanın Cənubi Qafqazda gərginliyin artırılmasına yönələn məkrli və riyakar niyyətinin göstəricisidir. Fransanın siyasəti Cənubi Qafqazda hərbi gərginlik riskini artırmaqla yanaşı, hərbi sahədə yeni "dəstək" tapan Ermənistanı Azərbaycanla sülh danışıqları prosesindən yayınmağa və prosesi uzatmağa da sövq edir. Onu da qeyd edək ki, Fransa Afrikada itirdiyi nüfuzunu Ermənistan vasitəsilə Cənub Qafqazda qazanmağa çalışır. Fransa vurnuxur, Makron gah bura əl atır, gah Fələstində Mahmud Abbasla görüşür, gah da İsrailə gedir, görünən budur ki, itirdikləri rollarını geri qaytarmağa çalışırlar. Əlbəttə, Fransanın bu siyasəti ona heç bir divident qazandırmayacaq. Fransa yaxşı bilir ki, Cənubi Qafqazda ona ehtiyacı olan yeganə dövlət Ermənsitandır. Ermənistanın iqtisadi, siyasi gücü Azərbaycanın qarşısında dura biləcək səviyyədə deyil. Faktiki olaraq, Fransa Cənubi Qafqaza girə bilmək və öz məkrli siyasətlərini həyata keçirmək üçün Ermənsitanın zəifliyindən istifadə edir.Azərbaycan Ermənsitanın silahlandırılması yönündə atılan bütün addımları diqqətlə izləyir. Azərbaycan dövləti bütün bunları nəzərə alır. Bu mövzuda dəfələrlə Azərbaycan tərəfindən bəyanatlar olub ki, Ermənistanın silahlandırlması bizim tərəfimizdən cavabsız qalmayacaq və bu, narazılıq doğurur.

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Fransa bunu Cənubi Qafqazda möhkəmlənmək barədə tarixi arzusunu həyata keçirtmək üçün növbəti şans kimi qiymətləndirir. Lakin, Fransanın bu arzusu regionda sülh və sabitliyin təmin olunması baxımından yeni təhdidlər yarada bilər:
"Bu baxımdan deyə bilərik ki, Qərbdən Fransa başda olmaqla Azərbaycana qarşı destruktiv siyasət və ikili standartlar davam edir. Xüsusilə qeyd edək ki, Fransa Ermənistanı silahlandırır, Niderland Avropa Birliyini İrəvana hərbi dəstək verməyə çağırır, bəzi qitə ölkələri əleyhimizə qətnamələr qəbul edirlər, liderlərin Brüssel görüşü ləğv olunur və sair. Bütün bunlar Cənubi Qafqazda güc balansına təsir etmək üçün atılan addımlardır. Ötən üç ildə Fransanın bu istiqamətdə açıq-aşkar ermənipərəst mövqeyinin şahidi olduq. İndi də, iki ölkə arasında hərbi sazişin imzalanması Fransanın Cənubi Qafqaz siyasətinin hansı səviyyədə olduğunu bir daha göstərmiş oldu. Buradan aydın görünür ki, Fransa Afrikada bütün mövqelərini itirdiyinə görə Cənubi Qafqaza girməyə çalışır".

Millət vəkili bildirib ki, 70 il əvvəl keçirilmiş Bandunq konfransında neokolonizmə son qoyulması tələb olunsa da, Fransa öz çirkin niyyətlərinə davam etməkdədir:
"Fransada neokolonizm siyasəti ilə yanaşı islamafobiya və irqçilik siyasətinin geniş vüsət alması ciddi narahatlıq doğurur. ƏLbəttə, bu beynəlxalq ictimaiyyətin narahat olması gərəkən mühüm məsələdir. Məlumdur ki, bu yaxınlarda Fransa qoşunlarının Mali, Niger və Burkina-Fasodan çıxarılmışdır. Fransa Afrikada uğradığı uğursuzluqdan sonra Cənubi Qafqazda mövqelərini möhkəmlətməklə, öz antihumanist və millitarrist siyasətini burada həyata keçirməyə çalışır.

Regionun yaxın tarixinə nəzər yetirdikdə görürük ki, dünyanın başqa nöqtələrindən bu regiona əl uzadılması, hansısa təşəbbüslərin göstərilməsi faydadan çox zərər gətirmiş, regionda yaşayan xalqların mənafeyindən daha çox başqalarının mənafeyinə xidmət etmişdir. Bütün bunların qarşısının alınması məqsədilə cənab Prezident İlham Əliyev çıxışlarında qeyd edib ki, "...Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən...." Bəli, indi Cənubi Qafqaz üçün lazım olan odur ki, özünü dünyanın ağıllısı sayan Fransa kimi dövlətlər və güclər bu bölgədən əl çəkib imkan versinlər ki, bu dövlətlər və xalqlar öz talelərinə özləri qərar versinlər. Yalnız bu sayədə Cənubi Qafqaz rahat nəfəs ala bilər".

Tamam Cəfərova vurğulayıb ki, Fransa bilməlidir ki, Cənubi Qafqaz Afrika deyil. Fransa kimi dövlətlər Cənubi Qafqaza nə qədər əl uzatsalar da, Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq arenada günü-gündən artan nüfuzu onu deməyə əsas verir ki, bu regionda marağı olan güclər mütləq Azərbaycanla hesablaşmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1361   Tarix: 27 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr