"Qadınlar şənbə-bazar işləməsin" təklifinə REAKSİYA – "Yaxşı olardı ki..."

"Qadınlar şənbə-bazar işləməsin" təklifinə REAKSİYA – "Yaxşı olardı ki..."Xəbər verdiyimiz kimi Millət vəkili Rauf Əliyev parlamentdəki çıxışında qeyd edib ki, Avropada qadınlar 5-ci gün evə daha tez gedir:

"Buna səbəb kimi qadınların övladları ilə daha çox vaxt keçirməsi, onların tərbiyəsi ilə məşğul olması göstərilir. Təklif edirəm ki, bizdə də şənbə-bazar qadınlar işləməsin".

Millət vəkilinin bu təklifi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Çünki Rauf Əliyev çıxışında inkişaf etmiş Avropa ölkələrindən nümunə gətirib. Avropa ölkələri ilə Azərbaycanı iş şərtləri və maaşla bağlı müqayisə etmək doğru yanaşma kimi qəbul olunmur.

Qısası Azərbaycan inkişaf etmiş yox, inkişaf etməkdə olan bir ölkədir. Ona görə də Rauf Əliyevin təklifi indiki reallıqlar fonunda ancaq arzu ola bilər.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sosioloq Üzeyir Şəfiyev hesab edir ki, daha universal, əhatəli, heç kəsi kənarda qoymayan (paytaxt, region, kənd) sosial təşəbbüs və təkliflər daha effektiv olardı:

"Bildiyimiz kimi ölkəmizdə xeyli sayda evdar qadınlar da var. Evdar qadınlar da əslində işləyir, uşaq böyüdür, ev təsərüfatında çalışırlar. Kənd yerlərində yaşayan evdar qadınlar əkin-biçin işlərində çalışırlar. Amma bu qəbildən olan qadınların gələcəkdə də pensiya hüququ yaranmır.

Çünki heç vaxt əmək fəaliyyəti ilə məşğul olmayan şəxslər kimi evdar qadınlara "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə (pensiya yaşına) çatdıqda işləmədikləri üçün pensiya deyil, yalnız yaşa görə ömürlük müavinət verilir. İlk növbədə, arzuolunandır ki, yaşa görə müavinətin mərhələli şəkildə artırılması həyata keçirilsin".

Üzeyir Şəfiyev onu da qeyd edib ki, evdar qadınlara peşə hazırlıqları və bacarıqlarının təkmilləşdirilməsi, onların ev şəraitində məşğulluğunun təmin edilməsi daha yaxşı olar:

"Onların da bu tipli məşğulluqları əsasında əmək pensiyası hüququ yaransın. Yaxud bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da uşağa qayğıya görə əmək stajı hesablansın. Bununla da evdar qadınların pensiya kapitalının formalaşmasında müəyyən qədər maliyyə yükünü sosial rifaha dəstək kimi dövlət öz üzərinə götürmüş olur.

Bu gün Azərbaycanda qadınların məşğulluğu, onların sosial müdafiəsi ilə bağlı bir sıra işlər görülür. Xüsusilə də, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, hamilə və himayəsində 3 yaşın çatmamış uşağı olan qadınlara əmək fəaliyyətində əsaslı güzəştlər tətbiq olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10734   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr