Sakinlər Günəş paneli alıb, evlərinin damına yerləşdirə bilərlərmi?

Sakinlər Günəş paneli alıb, evlərinin damına yerləşdirə bilərlərmi?Azərbaycan bərpa olunan enerji mənbələri (BOEM) üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Bəs maraqlıdır, Azərbaycanda yaşıl enerji potensialı daha çox hansı bölgələrdə yüksəkdir? Sakinlər fərdi şəkildə alternativ enerji resurslarından istifadə edə bilərlər?

Bununla əlaqədar Oxu.Az-a danışan bərpa olunan enerji üzrə mütəxəssis Elçin Tarquliyev bildirib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə etmək üçün əsas qanunverici akt "Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanunudur:

"Burada iki fərqli qrupdan danışa bilərik: müstəqil enerji istehsalçıları və aktiv istehlakçılar. Müstəqil enerji istehsalçıları daha çox orta və böyükhəcmli BOEM layihələrini həyata keçirirlər, bəziləri bu stansiyalarda istehsal olunan enerjinin bir hissəsini daxili istehlaka yönəldirlər. Artıq enerji isə şəbəkə operatoruna topdansatış tarifi ilə satılır. Bu tipli istehsalçılar, "İcazələr və lisenziyalar haqqında" Qanuna əsasən, enerji istehsalçısı lisenziyası almalıdırlar, eyni zamanda, şəbəkə operatoru ilə öncədən razılıq əldə olunmalı, illik, rüblük və aylı proqnozlar verilməlidir.

Digər növ istehsalçılar, hansı ki daha çox fərdi vətəndaşları və kiçik və orta biznesi (KOB) əhatə edir, aktiv istehlakçılardır. Bunlar gücü 150 kVt-a qədər Günəş və ya külək stansiyasını qura və heç bir lisenziya tələbi olmadan şəbəkəyə qoşa bilərlər. Bu prosedur "Aktiv istehlakçıların dəstəklənməsi mexanizmlərinin tətbiqi" Qaydaları ilə tənzimlənir. Bu tipli enerji istehsalçılarının şəbəkəyə qoşa biləcəyi maksimum güc həddi şəbəkə operatorundan alınan texniki şərtdə nəzərdə tutulan tələblər əsasında müəyyənləşdirilir. Belə ki, əgər buradakı fiziki və ya hüquqi şəxsin texniki şərtində maksimum güc həddi 100 kVt olaraq müəyyən edilibsə, o şəxs maksimum 100 kVt bərpa olunan enerjini sistemə qoşa bilər. Bunun üçün şəbəkə operatoruna müraciət edərək istehlakçı üçün olan texniki şərti aktiv istehlakçı üçün olan texniki şərtlə əvəzləməlidir.

Aktiv istehlakçı ilə şəbəkə operatoru arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi, aktiv istehlakçının elektrik təchizatına qoşulma aktı və enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında akt imzalanır. Hər üç sənədin layihələri aktiv istehlakçıların dəstəklənməsi mexanizmləri qaydalarında əks olunub. Sonda vətəndaşın sayğacı dəyişdirilir (öz hesabına) və yerinə ikiistiqamətli sayğac qoyulur. Bu sayğac vasitəsilə vətəndaş istehsal etdiyi, lakin istifadə etmədiyi elektrik enerjisini şəbəkəyə ötürə və bu enerjidən müvafiq dövr ərzində istifadə edə bilər. Hesabat ilinin sonunda əgər vətəndaşın hesabında artıq enerji varsa, bu enerjinin dəyəri vətəndaşın bank hesabına bir ay müddətində topdansatış tarifləri əsasında ödənir".

Vətəndaşların Günəş panelləri alıb quraşdırmaq istəyinə gəlincə, Elçin Tarquliyev deyib ki, bu məsələyə şəbəkə operatoru, ya da dövlətin hər hansı müəssisəsi müdaxilə etmir, vətəndaş istəsə, özü və ya hər hansı bir bərpa olunan enerji şirkəti ilə müqavilə imzalayaraq, bu panelləri və digər qurğuları quraşdıra bilər:
"Burada qiymətlər bir çox şeydən asılıdır. Məsələn, panellər damda, yoxsa yerdə quraşdırılacaq? Damda quraşdırılacaqsa, damın gücləndirməyə ehtiyacı varmı, ağırlığa və bu ağırlığın gətirdiyi əlavə yüklənməyə dözə bilərmi? Yerdə quraşdırılacaqsa, quraşdırılan yer hamar və ya nahamardırmı? Hansı panellərdən istifadə ediləcək, hansı inverter istifadə olunacaq və s. kimi məsələlər qiymətə təsir edir. Bu kimi hallarda tövsiyə olunan variant özəl şirkətlərlə müqavilə imzalayaraq ilkin olaraq qiymət və enerji istehsalı ilə bağlı hesabatların hazırlanması, ondan sonra panel və digər qurğuların quraşdırılmasıdır".

İqtisadçı-ekspert Eldəniz Əmirov Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanın bölgələrində, xüsusilə Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə alternativ enerjilərin həm real, həm də texniki potensialı kifayət qədər yüksəkdir:

"Perspektivdə bölgələrimizdəki alternativ enerji resurslarına yönəlik fəaliyyətin dəstəklənəcəyini düşünürəm. Amma Günəş panellərinin alınıb, evlərin damına düzülməsi ilə iş bitmir. Alternativ enerji istehsalı çox mürəkkəb prosesdir. Bu enerji ehtiyatları ilə şəbəkəni inteqrasiya etmək, evlərdə istehsal olunmuş enerjini şəbəkəyə ötürmək, şəbəkədən evlərə satmaq addımları qurulmalıdır. Bir qonşu olmadıqda elektrik enerjisi digər qonşuya getməlidir, ondan artıq qalan enerji şəbəkəyə qayıtmalıdır. Yay aylarında bütün kənd yaylağa çıxarsa, qışda digər istiqamətə gedərsə, enerji itkisi yarana bilər. Çünki enerjini saxlamaq olmur. Enerji istehsal olundusa, o ötürülməlidir və istifadə edilməlidir. Enerjini çox kiçik həcmdə saxlamaq mümkündür, amma böyük həcmdə saxlanılması reallaşdırıla bilməz. Buna görə də bütün bunlar ciddi və hərtərəfli texnoloji proseslər tələb edir.

Düşünürəm ki, müəyyən ərazilərdə pilot layihə kimi prosesin bir müddət sonra həyata keçirilməsini və nəticəsini görəcəyik. Bildiyim qədəri ilə, bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən ciddi işlər aparılır. Faktiki olaraq, indi hansısa kənddə, bölgədə Günəş enerjisindən istifadə edildiyi haqqında heç bir məlumat yoxdur. Söhbət tək-tək evlərdən deyil, hansısa ümumi bir yaşayış məntəqəsindən gedir. Bu proses mürəkkəb və zaman tələb edən məsələdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11190   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr