Prezident İlham Əliyev: "Tarixən olduğu kimi, Azərbaycan və Türkiyə xalqları bu gün də bir-birinin yanındadır"
"Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar. Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Siz (Rəcəb Tayyib Ərdoğan - red.) başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq".
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda yer alıb.
"Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir.
Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik", - deyə dövlətimizin başçısı qeyd edib.
Bu tarixi gündə qardaş Türkiyə xalqının sevincinə qoşulduğunu bildirən Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətində müvəffəqiyyətlər, Türkiyə Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb