Strasburqda keçirilən beynəlxalq tədbirdə erməni təxribatının qarşısı alınıb - FOTO
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 45-ci sessiyasında erməni təxribatının qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, konqres çərçivəsində Azərbaycan nümayəndə heyətinin tam tərkibdə iştirak etdiyi sessiya səmərəli keçib. Sessiyanın sonuncu günündə ermənilərin və onları dəstəkləyən qüvvələrin cəhdlərinə baxmayaraq, son anda gündəliyinə salınan "Qarabağ və ətraf şəhərlərdə və regionlarda humanitar vəziyyətə dair Bəyanat"da "Dağlıq Qarabağ", "etnik təmizləmə", "ermənilərin mədəni və dini irsinin qorunması" və buna oxşar digər müddəalar sənəddən çıxarılıb.
Azərbaycanın Konqresdə iştirak edən nümayəndə heyətinin rəhbəri Anar İbrahimov deyib ki, AŞPA-nın son sessiyasında qəbul olunan bəyanatda bu müddəaların saxlanmasından ilhamlanan ermənilər Avropa Şurası Konqresində də bunu təkrarlamağa çalışıblar. "Düzdür, bəyanat tam şəkildə bizi qane etmir. Ümumiyyətlə, bu məsələ Azərbaycanın daxili işidir və heç bir müzakirəyə çıxarılmamalıdır. Nümayəndə heyətimizin təkidi ilə, həmçinin sessiyada qəbul olunan "Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş yerli seçkilərlə bağlı hesabat" məsələyə aid olmayan müddəalardan və digər ifadələrdən təmizlənib", - deyə A.İbrahimov bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, müzakirələr Avropanın yerli və regional elitasının artıq yeni reallıqları qəbul etdiyini göstərdi. "Onların Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı yeni reallıqları qəbul etməkdən başqa çarələri yoxdur", - deyə o vurğulayıb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb