Azərbaycan Prezidentinin köməkçisi İranın ölkəmizdəki səfiri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin "Telegram" kanalında məlumat verilib.
Bildirilir ki, görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivləri müzakirə edilib.
Görüşdə İsrail-Fələstin münaqişəsi, habelə İslam ölkələri arasında qarşılıqlı əlaqələrin zəruriliyi barədə də fikir mübadiləsi aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1539 Tarix: 28 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİki qardaş dövlət arasındakı əlaqələrin yeni mərhələyə yüksəldilməsi
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə yüksəldilməsidir. Bəyannamənin imzalanması elə bir zaman kəsiyinə təsadüf edir ki, həm mənəvi, həm də siyasi yükünə görə, bundan dah
9 iyun"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT
"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond
11 iyun