Restoranlarda xərclənən milyonlar - ARAŞDIRMA

Restoranlarda xərclənən milyonlar - ARAŞDIRMAPandemiyadan sonra Bakıda restoran biznesi özünə gəlməyə başlayıb. Şəhərin mərkəzində fəaliyyət göstərən ictimai iaşə obyektlərində yer tapmaq mümkün deyil. Hətta bəzi restoranlar sıxlığın qarşısını almaq üçün müştərilərə vaxt limiti də tətbiq edirlər. Bu sahədəki inkişafı Dövlət Statistika Komitəsinin hesabatı da təsdiqləyir. Bildirilir ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanda əhali kafe və restoranlara 169 milyon 597 min manat vəsait xərcləyib. Bu göstəricinin həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə 33.9 milyon manat çoxdur.

Maraqlıdır, bu artım nəyin göstəricisidir? Bizim insanlarda da restoranda nahar, şam etmək vərdişi formalaşmağa başlayıbmı? Ümumiyyətlə, bu sahənin gələcəyi necə proqnozlaşdırılır?

"Kaspi" qəzeti mövzu ilə bağlı restoran sahibləri və mütəxəssislərlə söhbətləşib.

Müasir gənclik yemək mədəniyyətini dəyişir

Marketinq və biznesin idarə edilməsi üzrə mütəxəssis Anar Zeynalov deyir ki, restoranlara ödənilən pulların artmasının ilkin səbəbi ödənişlərin birbaşa kassaya vurulmasıdır:

"Əvvəllər restoranlar işləyirdi, qəbz verilmirdi. Rayonlarda ümumiyyətlə, qiyməti kağıza yazırdılar. İndi şəffaflıq olduğuna görə, rəqəmlər getdikcə artır. Bununla yanaşı, qida məhsullarının qiymətinin artması da rəqəmlərə təsir edir. Bakının rayonlarında, regionlarda da restoranlar, hotellər açılır. Ona görə də bu rəqəmin bir ildə 20-25 faiz artması normaldır".

Son illər restoranlarda səhər yeməyi ənənəsi də diqqət çəkən nüanslardandır. Xüsusilə həftəsonları bron etməmiş səhər yeməyi üçün yer tapmaq mümkün deyil. Mütəxəssis deyir ki, tendensiya hər il dəyişir:

"Məsələn, beş il öncə Azərbaycanda kofeşopları tapmaq çətin idisə, indi hər yerdə var. Çayxor millət olmağımıza baxmayaraq, artıq insanlarda kofe mədəniyyəti formalaşıb. Səhər yeməyi də həmçinin. Məsələn, bundan öncə bizim mentalitetimizdə səhər yeməyinə getmək yox idi. Amma indi bazarda tələbat var. Bu tendensiyaları yeni nəsil inkişaf etdirir. Valideynlərimizin əksəriyyətinə deyəndə ki, gedək çöldə səhər yeməyi yeyək, deyəcəklər evdə var, niyə çöldə yeyək. Müasir gənclik belə düşünmür və bu vərdişi dəyişir".

"İnsanlar heç vaxt əyləncələrindən qalmırlar"

Bu sahənin gələcəyinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, dünyada ən böyük bizneslərdən biri restoran biznesidir:

"İnsanlar heç vaxt əyləncələrindən qalmırlar. Söhbət tək yeməkdən getmir, orada keçirdiyi asudə vaxt da əhəmiyyətlidir. Hazırda əsas tendensiya sağlam qidadır. İnsanlar bir vaxtlar məşhur olan "fast food"dan uzaqlaşır, sağlam qidaya yönəlirlər. Buna görə, restoran biznesinin ölkəmizdə də gələcəyi böyükdür".

Bəs restoran sahibləri nə düşünürlər?

Restoranlar şəbəkəsi olan Turxan Əlizadə təsdiqləyir ki, bu il onun dövriyyəsi ötən ildən yaxşı olub:

"Pandemiya, müharibə dövrü, işçilərin xəstələnməsi bizə ciddi şəkildə təsir etmişdi. Tendensiya yavaş-yavaş inkişaf edir. Əvvəllər masalarımız 10 idisə, indi 15-ə qaldırdıq. Yaxud, pizza aparatlarımız əvvəl 10 ədəd bişirə bilirdisə, indi 20 ədəd bişirir. Bu da, təbii ki, dövriyyəni artırdı".

Sektorun inkişafına gəldikdə isə, gənc sahibkar deyir ki, tələbat var, amma bu sahədə peşəkar işçi tapmaq çətindir:

"Məsələn, ofisiant kimi fəaliyyət göstərmək istəyən əməkdaşlarımızın 95 faizi gəncdir və işə keçici iş kimi baxırlar. Xaricdə 40, 50 yaşlı insanlar bu sahədə işləyirlər. Bizdə isə bundan utanırlar. Səbəb gəlir deyil, çünki peşəkarlar çox yaxşı pul qazanırlar. Məsələn, xaricdə 10 il işləyirlər, təzə gələn heyətə də mentor olurlar. Restoran mədəniyyətində ən böyük problem budur".
Restoran biznesinin gələcəyinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, bu sahə ölkəmizdə ən yaxşılardandır:

"Biz yeməyi, içməyi, əylənməyi sevən millətik. Ona görə bu sahənin inkişafı və mədəniyyətin formalaşması qaçılmazdır".

Restorana müraciət edənlərin sayında 10-12 faiz artım var

Bakıda məşhur restoranlardan birinin sahibi olan Fikrət Xəlilov isə deyir ki, sentyabr ayı ictimai iaşə biznesinin artım ayıdır:

"İyun, iyul, avqust ayları bu biznesdə passivlik müşahidə olunur. Çünki yay ayları olduğu üçün insanlar bağlara köçür, rayonlara gedirlər. Sentyabr ayında isə hər kəs qayıdır və bu aktivlik təbiidir".

Mütəxəssis 2019-cu illə müqayisədə restorana müraciət edənlərin sayında 10-12 faiz artım olduğunu da bildirdi:

"Elektron kassa aparatlarının quraşdırılması, əhalinin daha çox nağdsız ödənişlərə üstünlük verməsi avtomatik olaraq biznesin şəffaflaşmasına gətirib çıxarıb".

Qərb ailə modelinə keçidi müşahidə edirik

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi qəzetimizə açıqlamasında bildirdi ki, son vaxtlar əhalinin restoran mədəniyyətinin formalaşmasını, qərb ailə modelinə keçidi müşahidə edirik:

"Bizim də ailələr evdə yemək bişirməkdən imtina edir, restoranlara gedirlər. Digər tərəfdən, Azərbaycan artıq tanınmış turizm destinasiyasıdır. Səfərdə olan insanın aldığı əsas xidmət də qidalanmadır. Restoran biznesi son illər bir çox transformasiyalara məruz qalıb. Məsələn, steyk üçün ət Braziliyadan, Avropadan gətirilir. Təxminən 15 il bundan öncə bizim restoranlar buna qarşı idi və öz heyvanımızın ətindən istifadə edirdilər. Sonradan məlum oldu ki, steyk üçün heyvan xüsusi yetişdirilir. İndi Bakıda məşhur steyk yerləri fəaliyyət göstərir".

Bir milyard 300 milyonluq dövriyyə

Mütəxəssis vurğulayır ki, ictimai iaşə sektorunun dövriyyəsi pandemiyadan öncəki illərlə müqayisədə hotellərin və turizm agentliklərinin birgə dövriyyəsindən iki dəfə artıq olub:

"İctimai iaşənin il ərzində təxmini dövriyyəsi bir milyard 200 milyon - bir milyard 300 milyon arasında dəyişib. Biz hazırda həm restoran biznesinin inkişafının, həm də ictimai iaşə mədəniyyətinin formalaşmasının şahidiyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3345   Tarix: 29 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr