"Müəllimlərin maaşı yenə artırılmalıdır" – Deputat
"Sertifikasiya imtahanında uğur qazanan müəllimlərin əməkhaqqılarında artımlar olacaq".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, istənilən halda əmək haqqı artımı müsbətdir və davamlı olmalıdır: "Bununla belə, differensial əməkhaqqı sisteminin təkmilləşdirilməsi və maaş artımlarına daha ədalətli mexanizmlə gedilməsi vacibdir.
Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqısı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır. Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən 32 min müəllimdən 8 minin əməkhaqqısında 35 faiz artım olacaq. Yəni, imtahanlarda yüksək nəticə göstərmiş hər dörd müəllimin üçünün maaşı cəmi 10 faiz artacaq. Yalnız hər dörd nəfərdən birində daha yüksək maaş artımı olacaq.
Mövcud qaydalarla sualların 83.3 faizini düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan həmkarı ilə eyni əməkhaqqı artımından faydalana bilir. Yəni, 50 bal toplayanla 30 bal toplayanın əməkhaqqısında eyni artım nəzərdə tutulur. Digər tərəfdən, 51 sualı düzgün cavablandıran müəllim 35 faiz artımdan yararlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqun əməkhaqqısı 10 faiz artır".
İqtisadçı hesab edir ki, 50 bal toplamış müəllimin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil: "Çünki əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan təklif edirik ki, 48 və daha yüksək bal toplamış müəllimlərin əməkhaqqılarının da 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin".
Vüqar Bayramov son illər büdcədən təhsilə ayrılan vəsaitin həcmində artımların olmasına diqqət çəkib: "2024-cü ildə də artımlar davam edəcək. Bu sahədə dövlət siyasəti güclənməkdədir. Belə ki, bu ilin büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur. Deməli, dövlət büdcəsindən ayırmaların artması fonunda differensial əməkhaqqı mexanizmi qənaəti deyil, daha yüksək nəticələri təşviq etməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Röya, Natavan və Elnur bir arada - Foto
Azərbaycanda dörd qanun ləğv ediləcək
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Bakının bu rayonunda su olmayacaq
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı