Azərbaycan XİN başçısı Türkiyəni təbrik edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Milli Bayram münasibətilə təbrik edib.
Bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün bölgədə və dünyada xüsusi rola malik qardaş Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü qeyd olunur. 29 Oktyabr - Cumhuriyyət Günün mübarək və Türkiyə Yüzili çərçivəsində inkişaf və yüksəlişin davamlı olsun, can Türkiyə! Bir millət - iki dövlət", - xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Eyni zamanda, Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki səhifəsində də əlamətdar günlə bağlı paylaşım edilib:
"Qardaşlıq, dostluq və həmrəyliyimizin əsasında duran "Bir millət - iki dövlət" kəlamı ilə bağlı olduğumuz Türkiyə Cümhuriyyətini 100 yaşının tamam olması münasibətilə təbrik edir və bu əlamətdar günün memarı Qazi Mustafa Kamal Atatürk və onun silahdaşlarının əziz xatirəsini hörmətlə anırıq".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1447 Tarix: 29 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabr